Məhkəmə qərarları › İş №3(029)-128/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-128/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-128/2024 05.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş elektron qərarlarından verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə təqdim edərək, barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə tərtib olunmuş qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim olunmuş ərizə və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, həmin şikayət ərizəsi geri qaytarılmalıdır. Çünki, şikayətçi şikayət ərizəsində qərarların nömrəsini bildirməmiş, tam olaraq hansı qərardan şikayət verilməsini bildirməmiş və həmin qərarların surətlərini şikayət ərizəsinə əlavə edilməmişdir. Məhkəməyə şikayət ərizəsi ilə deyil, izahatla müraciət etmişdir, Həmçinin göndərmiş olduğu sənədlər natamamdır, hansı qərardan şikayət etdiyini müəyyən etmək olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, şikayətçi X1 məhkəməyə təqdim etmiş olduğu şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər natamam olduğundan və işə baxılarkən göstərilən çatışmazlığı tamamlamaq mümkün olmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş qərarların ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar