Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-13/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxx 1987-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Bədirqala kəndində yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:43-də idarə etdiyi VAZ21063 minik markalı 38BA725 dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri Z.Əliyeva küçəsində sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmiş və göstərmişdir ki, o, həqiqətən də, xx xxxxxx 2020-ci il tarixdə saat 14:43-də idarə etdiyi VAZ21063 minik markalı 38BA725 dövlət qeydiyyat nişanlı avtomobili Qusar şəhəri Z.Əliyeva küçəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hazırda onun cərimə ödəməyə imkanı yoxdur və ona görə də, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Qusar RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə xüsusi texniki vasitə ilə aparılmış protokollaşdırma nömrəsi 03586 olan alkotestə dair protokoldan görünür ki, həmin gün saat 14:43-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.313 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin həmin maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməyəcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Əksinə, qənaətimə görə barəsində cərimə tətbiq ediləcəyi halda, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni inzibati xətaların törədilməsi, bununla da yol hərəkəti qaydalarının qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması halları daha da arta bilər. Bundan başqa, Şəxs cərimə ödəməyə imkanı olmadığını göstərmiş və ona görə də, hesab edirəm ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilərsə, gələcəkdə həmin cərimənin ödənilməsindən yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-13/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-13/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver