Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-13/2023 10.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1981-ci ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 200/2021 saylı icra sənədinə əsasən Şəxs tələbkar X1 5000 manat aliment borcu yaranmışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, aliment borcunun ödənilməsini təmin etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hal hazıradək onun məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Onun aliment borcu olduğundan da xəbəri olmamışdır. Xəbəri olsaydı aliment borcunu ödəyəcəkdir. O, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Rusiya Federasiyasında olmuşdur. Torpaq sahəsini satışa çıxartmışdır. Torpaq sahəsini satan kimi borclu olduğu aliment borcunu tam ödəyəcəkdir. Hazırda da aliment borcu ödəmək iqtidarında olmadığını göstərmiş və barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 668/21 saylı bildirişin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-200/2021 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2021-ci il tarixdə 580313 saylı axtarış elan olunmuşdur. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-200/2021 saylı qətnaməsindən xəbəri olmamış, qətnamənin surəti alınmamışdır. Qusar rayon məhkəməsinin 2(029)-200/2021 saylı iş materiallarında Şəxs təqdim olunmuş qətnamə zərf ilə birlikdə məhkəməyə geri qayıtmışdır. Şəxs icraata başlama haqqında qərar və ya bildirişinin verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, İcra Haqqında qanunun 8.5-ci maddəsində əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Şəxs həmin qərarın surətini və ya bildirişi almadığına görə qərardan şikayət vermə hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan Şəxs xx.xx.2022-ci il tarixli izahatında onun qətnamədən xəbəri olmadığını, həmin qətnaməni mübahisələndiriləcəyini bildirmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qətnamənin mübahisələndirmək müddəti itirilməmişdir. Beləliklə icra məmuru tərəfindən ona qanunla müəyyən edilmiş müddət verilməli, onun barəsində məcburi tədbirlər görülməsi üçün qanuni tədbirlər görülməlidir. İcra məmuru tərəfindən görülmüş tədbirlər Şəxs ölkə hüdudlarının kənarında, onun xəbəri olmadan icra tədbirlərinin hərəkətə keçirməsi onun üzürsüz səbəbdən icra etmədiyini sübuta yetirmir. Bununla da Şəxs Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 200/2021 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İcra Haqqında qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respublikası İcra Haqqında qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi; Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir; tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Belə ki, icra məmuru tərəfindən qanuni tədbirlər görülməmiş, borclunun əmlakı, gəlirləri yoxlanılmamışdır. Ev şəraiti araşdırılmamışdır. İş materiallarına bu barədə hər hansı bir akt əlavə edilməmişdir. Tələbin məcburi yönəldilə biləcəyi əmlakları yoxlanılmamışdır. İcra məmuru tərəfində digər zəruri heç bir tədbir görülməmişdir. İcra məmuru tərəfindən borcun miqdarı düzgün hesablanmamışdır. İnzibati xəta haqqında protokolda borclunun 5000 (beş min) borcu olduğu qeyd edilsə də, hal hazırda borclu Şəxs 3100 manat aliment borcu yaranmışdır. Göründüyü kimi icra məmuru tərəfindən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-13/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-13/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver