Məhkəmə qərarları › İş №3(029)-131/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-131/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-131/2022 22.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X1 iştirakları ilə xx.xx.1985-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda müvəqqəti kirayədə yaşayan, ailəli Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 09.01.2022-ci il tarixdə saat 08:55 radələrində etibarnamə ilə idarə etdiyi “GREAT WALL H3 MİNİK” markalı ** VJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar- Şahdağ yolunun 23-cü km-də hərəkətdə olarkən qarşıdan gələn “VAZ-2107” markalı ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxmış və avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 yüngül, Zərərçəkmiş şəxs1 ağır, Zərərçəkmiş şəxs3 az ağır bədən xəsarətləri yetirilmiş, X3 məxsus “VAZ-2107” markalı ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi əzilməklə həmin şəxsə maddi ziyan vurulmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ərizə verərək Şəxs ilə barışqıdlarını, onlara dəymiş ziyanın həmin şəxs tərəfindən tam ödənildiyini bildirmişlər və 15.03.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı 05.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, 09.01.2022-ci il tarixdə saat təxminən 08:55 radələrində Qusar-Şahdağ yolunun Qusar rayonu Zindan Muruq kəndi ərazisindən keçən hissəsində 60 km/saat sürətlə idarə etdiyi “GREAT WALL H3 MİNİK” markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobil, yol buzlu olduğundan sürüşərək qarşıdan gələn VAZ-21074 markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və onunla toqquşmuşdur. Hadisə nəticəsində özü heç bir xəsarət almamış, lakin VAZ-21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobildə olan Ruslan adlı şəxs yüngül, Vadim adlı şəxs ağır, Yalçın adlı şəxs isə az ağır dərəcəli bədən xəsarətləri almışlar. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər və o, izahat vermək üçün Qusar RPŞ-nə getmişdir. Hadisədən sonra zərər çəkmiş şəxslərə lazımi tibbi yardım göstərmişdir. Hal-hazırda törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, həmin şəxslərin ona qarşı heç bir şikayətləri yoxdur. VAZ-21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məhkəmə qərarından sonra sığorta şirkəti tərəfindən ödəniləcəkdir. O, mebel ustasıdır, mebel avadanlıqlarını idarə etdiyi avtomobillə ünvanlara çatdırır. Əgər sürücülük hüququ məhdudlaşdırılarsa o və ailəsi maddi sıxıntılara məruz qala bilər. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Şahdağ PB-nin polis nəfəri vəzifəsində işləyir. 09.01.2022-ci il tarixdə saat 08:30-da işdən çıxaraq digər polis əməkdaşları ilə birlikdə iş yoldaşı Vadimin idarə etdiyi VAZ- 21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Qusar rayonu Zindan Muruq kənd ərazisində təxminən 40-50 km/saat surətdə hərəkətdə olarkən qarşıdan gələn, sonradan adını bildiyi Şəxs idarə etdiyi ** VJ *** dövlət nömrə nişanlı avtomobil qəfildən onların hərəkət etdiyi zolağa çıxmış və onlar toqquşmuşlar. Həmin vaxt yol buzlu olmuşdur. Hadisə zamanı o, yüngül bədən xəsarəti almışdır. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Şahdağ PB-nin polis nəfəri vəzifəsində işləyir. 09.01.2022-ci il tarixdə saat 08:30-da işdən çıxaraq digər polis əməkdaşları ilə birlikdə onun idarə etdiyi VAZ-21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Qusar rayonu Zindan Muruq kənd ərazisində təxminən 40-50 km/saat surətdə hərəkətdə olarkən qarşıdan gələn, sonradan adını bildiyi Şəxs idarə etdiyi ** VJ *** dövlət nömrə nişanlı avtomobil qəfildən onların hərəkət etdiyi zolağa çıxmış və onlar toqquşmuşlar. Həmin vaxt yol buzlu olmuşdur. Hadisə zamanı o, ağır bədən xəsarəti almışdır. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Şahdağ PB-nin polis nəfəri vəzifəsində işləyir. 09.01.2022-ci il tarixdə saat 08:30-da işdən çıxaraq digər polis əməkdaşları ilə birlikdə Vadimin idarə etdiyi VAZ-21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Qusar rayonu Zindan Muruq kənd ərazisində təxminən 40-50 km/saat surətdə hərəkətdə olarkən qarşıdan gələn, sonradan adını bildiyi Şəxs idarə etdiyi ** VJ *** dövlət nömrə nişanlı avtomobil qəfildən onların hərəkət etdiyi zolağa çıxmış və onlar toqquşmuşlar. Həmin vaxt yol buzlu olmuşdur. Hadisə zamanı o, az ağır bədən xəsarəti almışdır. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərmişdir ki, VAZ-21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Etibarnamə ilə idarə etməsi üçün qardaşı Zərərçəkmiş şəxs1 vermişdir. Özü yol nəqliyyat hadisəsi haqqında 09.01.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində xəbər tutmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində ona 6500 manat maddi ziyan dəymişdir. Belə ki, ona məxsus avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Şəxsla barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Avtomobil indiyədək təmir olunmamış, ona dəymiş ziyan məhkəmə qərarından sonra sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Odur ki, həmin şəxsin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 09.01.2022-ci il tarixli 51 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol saidin yuxarı 1/3-nin arxa səthinin şişkinliyi; bud sümüyünün (diafizinin) sınığı, sol bud sümüyü diafizinin yuxarı və orta 1/3-nin açıq, çox qəlpəli, yerdəyişmiş sınığı və sağ incik sümüyünün orta 1/3-nin qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan 09.01.2022-ci il tarixli 19 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənəsinin ön səthinin, sol baldırın orta 1/3-nin ön səthinin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları; sağ 6-cı qabırğanın qapalı yerdəyişən sınığı; sol ağciyərin yuxarı payının travmatik ocaqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan 09.01.2022-ci il tarixli 21 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənəsinin sol tərəfinin əzilmiş-çapılmış yarası bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan 7-E-91-70 reyestr nömrəli, 25.12.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “GREAT WALL H3 MİNİK” markalı ** VJ *** dövlət nömrə nişanlı avtomobil X2 tərəfindən Şəxs idarəçiliyinə verilmişdir. İş materiallarında olan AD 087292 saylı 19.03.2018-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs “B” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan ƏN-İV 793952 saylı etibarnamənin surətindən görünür ki, VAZ- 21074 minik markalı 40BJ449 dövlət qeydiyyat nişanlı avtomobil X4 tərəfindən Zərərçəkmiş şəxs1 idarəçiliyinə verilmişdir. İş materiallarında olan AE 628123 saylı 17.12.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 “BC” kateqoriyaları üzrə sürücülük hüququ vardır. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, Zərərçəkmiş şəxs1 idarəçiliyinə verilmiş “VAZ-21074” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 6500 (altı min beş yüz) manat civarındadır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X3 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X3 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar