Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-131/2024 10.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, xx.xx.1983-cü ildə Qusar rayonu, Zindanmuruq Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, Atluxan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:54-də etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E220 CDİ Minik” markalı, **-FG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 333.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx.xx.2024-cü il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin 01 iyul 2024-cü il tarixli 3(029)-131/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Şəxs tərəfindən Qusar rayon məkəməsinin həmin qərarından apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(105)- 313/2024 saylı qərarı ilə Qusar Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 3(029)- 131/2024 nömrəli qərarı ləğv olunmuş, Şəxs barəsində Qusar RPŞ-nin nümayəndəsi, Yol patrul xidməti baş inspektoru, polis leytenantı X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokola yenidən baxılması üçün material Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək göstərmişdir ki, iş üzrə inzibati xəta törətməsini etiraf edir və əməlindən səmimi peşmandır. Həmçinin, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 01018 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 07:52-də Şəxs qanında alkoqolun konsentrasiyası 0.398 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:54-də etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E220 CDİ Minik” markalı, **-FG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə, o cümlədən Şəxs özünün etirafedici ərizəsi ilə tam təsdiqini tapmışdır. Odur ki, həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-131/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-131/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver