Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-132/2021 09.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 iştirakları ilə xx.xx.1955-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan vəzifəli şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs (VÖEN **********) xx xxxx 2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “X6”ndə KY211561663 saylı çıxarışa əsasən yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Həmin faktla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə xx xxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4cü maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “X8”ni işlətməklə fərdi sahibkarlıqla məşğul olur. Həmin sex qida sənayesi obyekti olduğundan xüsusi karantin rejimi dövründə qapıları bağlı olmuş və sifariş əsasında fəaliyyət göstərmişdir. xx xxxx 2021-ci il tarixdə də, sexin darvazası bağlı olmuşdur ki, sexin ərazisinə hər hansı kənar şəxslər daxil olmasın. X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən ona yoxlamanın keçirilməsinin tarixi və vaxtı barədə heç bir məktub göndərilməmiş, yalnız 2-3 dəfə həmin idarənin əməkdaşı Dövlət Nurmətov ona zəng edərək görüşmək lazım olduğunu, onunla işinin olduğunu-söhbət var deyə bildirmiş, yoxlama barədə isə heç nə deməmişdir. Həmin idarənin işçiləri ildə 3-4 dəfə gəlib obyekti yoxlayıb gedirlər, onlara hər hansı maneçilik törədən olmur. Ümumiyyətlə, yoxlama İqtisadi İnkişaf Nazirliyinin icazəsi əsasında aparılmalı, kitabçada nəyin barəsində yoxlama aparılması qeyd olunmalıdır. xx xxxx 2021-ci il tarixdə o, işdə olmamış və işçilər tərəfindən ona yoxlama gəlməsi barədə, həmçinin həmin tarixdə Dövlət Nurmətov tərəfindən ona yoxlama keçiriləcəyi barədə məlumat verilməmişdir. Odur ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmiş, heç bir təqsiri yoxdur, yoxlama keçirilməsinə heç bir maneçilik törətməmişdir, maneçilik törətməyə hər hansı əsas da olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, o və işlədiyi idarənin digər iki nəfər əməkdaşı xx xxxx 2021-ci il tarixdə yoxlama aparmaq məqsədi ilə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “X6”nə getmişlər. Onlar sexin darvazasına yaxınlaşmış, həmin vaxt qapı açılmış və içəridən mühafizəçi və fəhlələr çıxmışlar, onlar mühafizəçiyə heç nə-yəni kim olduqlarını və yoxlama üçün gəldiklərini bildirməmişlər, mühafizəçi də onlardan heç nə soruşmamışdır. Onlar təxminən 10 dəqiqə bayırda dayanmışlar, hesab etmişlər ki, Şəxs orada yoxdur və ona görə də, çıxıb getmişlər, rəhbərliyə məruzə edib yoxlamanın sonuncu günü olduğuna görə inzibati protokol tərtib etmişlər. Onların həmin obyektə daxil olmalarına hər hansı şəxs mane olmamışdır. Yoxlama Ədliyyə Nazirliyinin çıxarışına əsasən aparılır, obyektlərdə yanğından mühafizə qaydalarına əməl olunub-olunmaması yoxlanılır. Sonuncu dəfə həmin sexdə 2019-cu ildə yoxlama aparılmış, orada olan nöqsanlar aradan qaldırılmışdır. 2021-ci il üçün də obyektlərin yoxlanılması barədə Ədliyyə Nazirliyindən qərar daxil olmuş, həmin qərar poçt vasitəsi ilə Şəxs göndərilmişdir. Lakin, yoxlamanın konkret olaraq hansı tarixdə və vaxtda keçiriləcəyi barədə bildiriş göndərilməmişdir. Onlar xx xxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək yoxlamanı həyata keçirməli olmuşlar, telefon vasitəsi ilə Şəxs zəng etmişlər, sonuncu telefona cavab verməmiş, yoxlamanın sonuncu günü isə özləri həmin sexə getmişlər, lakin qapı bağlı olmuşdur. Bu səbəbdən də, Şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Dövlət Nurmətovun izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx xxxxx 2020-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.4806 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən X9 Kombinatının istifadəçisi və sahibi Şəxsdur. İş materiallarında olan X7 Yanğın Nəzarəti İdarəsinin “X1 Haqqında” xx xxxxxx 2021-ci il tarixli 472 saylı qərarının surətindən görünür ki, Şəxs sahibkarlıq fəaliyyəti həyata keçirdiyi Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən obyektdə xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə müayinə aparılması qərara alınmışdır. İş materiallarında olan poçt qəbzinin surətindən görünür ki, həmin qərar Şəxs göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X7 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Qusar şəhəri Ç.Qurbanov küçəsi ünvanında yerləşən “Limonad sexi”nin müdiri Şəxs yoxlama üçün şərait yaratmadığı, qapıları bağlayıb onların Limonad sexinin ərazisinə daxil olmalarına mane olduğu göstərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_24.htmfiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən “X1 Haqqında” xx xxxxxx 2021-ci il tarixli 472 saylı qərar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Şəxs göndərilsə də, konkret olaraq hansı tarixdə və saatda yoxlamanın aparılacağı barədə əvvəlcədən həmin şəxsə rəsmi xəbərdarlıq məktubu və ya bildiriş gösdərilməmiş və bu barədə Arif Rüxtəmov əvvəlcədən məlumatlandırılmamışdır. Bundan başqa, həmin idarənin əməkdaşları xx xxxx 2021-ci il tarixdə həmin şəxsin fəaliyyət göstərdiyi obyektə getsələr də, yoxlama barədə niyyətlərini orada olan mühafizəçiyə bildirməmişlər, müvafiq sənədləri təqdim etməmişlər və bu barədə obyektin sahibi Şəxs məlumat verilməsi tələb olunmamış, ümumiyyətlə sonuncu ilə yoxlama barəsində danışıqlar aparılmamışdır. Həmin halı həmin idarənin nümayəndəsi də məhkəmə iclasında təsdiq etmişdir. Bununla da, Şəxs inzibati xəta haqqında protokolda göstərildiyi kimi yoxlama keçirilməsinə hər hansı şəkildə maneçilik törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və bu barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Yoxlamaya gedərkən obyektin qapısının sadəcə olaraq bağlı olması isə yoxlama keçirilməsinə sahibkar Şəxs tərəfindən maneçilik törədilməsi kimi qiymətləndirilə bilməz. Çünki, obyektin qapısının açıq və ya bağlı saxlanması obyekt sahibinin obyektə dair sahiblik hüququndan irəli gəlməklə kənar şəxslərin obyektə olan təsirlərindən və müdaxilələrindən qorunmağa yönəlir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr vəzifəli şəxs Şəxs xeyrinə həll edilməli, həmin şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, vəzifəli şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığından vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-132/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-132/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver