Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-132/2022 12.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1988-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 15 mart 2022-ci il tarixdə öz həyətindən keçən "xxxx" ASC-nin balansında olan dəmir borunun 2,6 metr və 2,5 metr hissəsini kəsib sataraq "xxxx" ASC-yə 75 manat ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və 31.03.2022ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə 07 aprel 2022-ci il tarixli MN 1352842-198 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 12 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, həmin şəxslə barışdığını göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs "xxxx" ASC-nin 1 nömrəli X4 Kanal sahəsinin sahə rəisi X2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək onlara dəymiş zərərin tam ödənildiyini, hazırda Şəxs qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, həmin şəxslə barışdığını göstərmiş və həmin şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC 1 nömrəli Su Kanal İdarəsi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli 01/01/02-7/3-14-208 saylı məktubundan görünür ki, Şəxs tərəfindən kəsilərək satılmış borunun qiyməti 75 manatdır və "xxxx" ASCnin balansındadır. Məhkəməyə təqdim edilmiş Şəxs və X1 12 aprel 20202-ci il tarixli ərizələrindən görünür ki, həmin şəxslər barışmışlar, Şəxs tərəfindən "xxxx" ASC-yə dəymiş ziyanın tamamilə ödənildiyini bildirmişlər və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0, 53.0.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxs "xxxx" ASC-yə dəymiş ziyanı tam ödədiyindən və həmin şəxslə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs "xxxx" ASC-yə dəymiş ziyanı tamamilə ödədiyindən və həmin şəxsin nümayəndəsi ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-132/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-132/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver