Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-132/2023 08.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı EB135BE/SS4060 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının içərisində yataq yerinin üzərində olan əl yükünün içərisində gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd üzərində “MAVİC 2 pro” yazısı olan dron kabinanın sərnişinin oturacağının arxa hissəsində yataq yerinin üzərindəki döşəyin altında gömrük nəzarətindən gizlədilmiş üzərində “Mavic 2 pro” yazısı olan 2 ədəd dron, sellofan paketə bükülmüş üzərində “Vivid colletion Mavic 2 pro” yazısı olan kamera qapağı, 1 ədəd qutuda “Battery charging hub for mavic 2” yazısı olan enerji cihazı, 2 ədəd ağ rəngli qutuda üzərində “İnteligent flight battary for mavic 2” olan batareya 2 ədəd qara qutuda üzərində “Lithium lon polymer recharger battery” yazısı olan 2 ədəd batareya, üzərində “mavic 2 pro” yazısı olan 1 ədəd qara qutuda içərisində dron üçün 4 ədəd pər və dron istifadə kitabçaları üzərində “master airscrew” yazısı olan kiçik torbada dron üçün 7 ədəd pər, üzərində “Mavic 2 “ yazisi olan 1 ədəd çantada içərisində üzərində “ dji smart controller” yazısı olan 1 ədəd dron idarə edici pult, 13 ədəd pər, 1 qutuda kamera qapağı və 1 ədəd üzərində “ mavic 2 car charger” yazısı olan adapter naqili üzərində, “mavic 2 “ yazısı olan çantada üzərində “ dji smart controller” yazısı olan 1 ədəd dron idarə edici pult 1 ədəd pult qabı, 1 ədəd üzərində “ pgytech” yazısı olan firça və 1 ədəd üzərində “Ac power adapter” yazısı olan enerji naqili üzərində “ mavic 2 “ yazisi olan çantada 2 ədəd üzərində “lithium lon polimer recharger battery” yazısi olan batareya zərində “pover adapter” yazisi olan 1 ədəd enerji naqili 1 ədəd enerji naqili üçün başlıq 1 ədəd usb naqil və üzərində “ Battery charging hub for mavic 2” yazısi olan 1 ədəd enerji cihazı,həmçinin kabinanın sol tərəfində sürücü oturacağının arxa hissəsində yataq yerinin üzərində gömrük nəzarətinə bəyan olunmamış 1 ədəd üzərində “ phantom” yazısı olan dron üzərində “ model GL 300K” yazısı olan dron üçün 1 ədəd pult 1 ədəd üzərində “PHANTOM 4” yazısı olan batareya 1 ədəd üzərində “model PH 4C100” yazısı olan adapter və dron üçün 8 ədəd pər aşkar olunmuş və faktla bağlı araşdırılıma aparılması məqsədi ilə Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2357 saylı ekspert rəyinə əsasən,ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 17720,00 manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası ağırlıq dərəcəsinə görə eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə tətbiq olunması ona görə məqsədə müvafiq hesab etmir ki, belə ki, cərimə tətbiq olunarsa onun ailəsinin maddi vəziyyətinə mənfi təsir edəcəyindən və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 80 (səksən) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib, inzibati xətaların bilavasitə obyekti olan, xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 17720,00 manat təşkil edən 1 ədəd üzərində “MAVİC 2 pro” yazısı olan dron kabinanın sərnişinin oturacağının arxa hissəsində yataq yerinin üzərindəki döşəyin altında gömrük nəzarətindən gizlədilmiş üzərində “Mavic 2 pro” yazısı olan 2 ədəd dron, sellofan paketə bükülmüş üzərində “Vivid colletion Mavic 2 pro” yazısı olan kamera qapağı, 1 ədəd qutuda “Battery charging hub for mavic 2” yazısı olan enerji cihazı, 2 ədəd ağ rəngli qutuda üzərində “İnteligent flight battary for mavic 2” olan batareya 2 ədəd qara qutuda üzərində “Lithium lon polymer recharger battery” yazısı olan 2 ədəd batareya, üzərində “mavic 2 pro” yazısı olan 1 ədəd qara qutuda içərisində dron üçün 4 ədəd pər və dron istifadə kitabçaları üzərində “master airscrew” yazısı olan kiçik torbada dron üçün 7 ədəd pər, üzərində “Mavic 2 “ yazisi olan 1 ədəd çantada içərisində üzərində “ dji smart controller” yazısı olan 1 ədəd dron idarə edici pult, 13 ədəd pər, 1 qutuda kamera qapağı və 1 ədəd üzərində “ mavic 2 car charger” yazısı olan adapter naqili üzərində, “mavic 2 “ yazısı olan çantada üzərində “ dji smart controller” yazısı olan 1 ədəd dron idarə edici pult 1 ədəd pult qabı, 1 ədəd üzərində “ pgytech” yazısı olan firça və 1 ədəd üzərində “Ac power adapter” yazısı olan enerji naqili üzərində “ mavic 2 “ yazisi olan çantada 2 ədəd üzərində “lithium lon polimer recharger battery” yazısi olan batareya zərində “pover adapter” yazisi olan 1 ədəd enerji naqili 1 ədəd enerji naqili üçün başlıq 1 ədəd usb naqil və üzərində “ Battery charging hub for mavic 2” yazısi olan 1 ədəd enerji cihazı,həmçinin kabinanın sol tərəfində sürücü oturacağının arxa hissəsində yataq yerinin üzərində gömrük nəzarətinə bəyan olunmamış 1 ədəd üzərində “ phantom” yazısı olan dron üzərində “ model GL 300K” yazısı olan dron üçün 1 ədəd pult 1 ədəd üzərində “PHANTOM 4” yazısı olan batareya 1 ədəd üzərində “model PH 4C100” yazısı olan adapter və dron üçün 8 ədəd pər müsadirə edilsin. İş üzrə 80 (səksən) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-132/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-132/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver