Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-134/2024 08.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Quba rayonu YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandımışdır ki, o, onun idarəçiliyində “OPEL ASTRA MİNİK” markalı, 99CN516 dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-cü il tarixdə, saat 12:20-də Quba şəhəri, Səməd Vurğun (Qırmızı Qəsəbə) ünvanında Qusar şəhərinə doğru hərəkət edərkən, həmin yol ayrıcında “əsas yol” nişanının olamasına baxmayaraq, həmin yol ayrıcında önündən gələn avtomobili gözləmiş, ikinci avtomobil gələnə qədər isə öz zolağında hərəkəti davam etdirmişdir. Buna baxmayaraq Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış, öndən gələn avtomobilə yol vermədiyi üçün inzibati xəta törətdiyini bildirmiş və 80 manat miqdarında cərimələnməli olduğunu bildirmişdir. O isə ona bir avtomobili gözlədiyini, digərinin isə həmin yol ayrıcına məsafəsinə çox olduğunu nəzərə alaraq gözləməyə ehtiyac olmadığını düşündüyünü və hərəkəti davam etdirməyi bildirmişdir. Dediklərinin heç bir əhəmiyyəti olmadığını bildirərək barəsində xx.xx.2024-cü il tarixli, İXP 63110853 saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsasında isə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmiş və nəticədə 80 manat, 3 bal miqdarında cərimə edilmişdir. Həmin qərarın surətini xx.xx.2024-cü il tarixdə Quba rayon Polis şöbəsindən əldə etmişdir. Polis şöbəsindən görüntüləri tələb etsə, həmin görüntülərin mövcud olmadığı üçün təqdim edə bilmədiklərini bildirmişlər. Əməlində ona istinad olunan inzibati xətanın tərkib əlamətləri olmadığından, həmçinin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə heç bir təqsiri olmadığından Azərbaycan Respublikası DİN-nın Quba rayonu Yol Patrul Xidməti İspektoru, polis serjantı X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını, ərizəsini müdafiə etdiyini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Sədrlik edən Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə iclasının X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin iştirakının təmin edilməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, protokolu tərtib edən oqran dəfələrlə məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri, qərarından şikayət verilmiş orqanın məhkəmənin sorğularını cavablandırılmamasını, məhkəmə iclasında qərarını müdafiə edəcək nümayəndəsinin iştirakını təmin etməməsini, həmçinin inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, X3 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı və onun doğurduğu nəticələri ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-134/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-134/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver