Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-134/2025 19.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Şəxs MMC haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:50-də “Samur” gömrük postunun idxal gömrük nzəarət xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşı X1 idarə etdiyi “MAN” markalı, 80234XBA/804920BA dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə x-ray yoxlaması tətbiq olunmuş və yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki, Özbəkistan Respublikası, Taşkent şəhəri, Çilanzariskiy rayonunda qeydiyyatda olan “X3” firmasından Azərbaycan Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan “mühərrik yağları” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin yük yerindən gömrük nəzarətinə bəyan olunmayan 12 ədəd qısaqol gödəkçə, 12 ədəd köynək, 10 ədəd kepka aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-03317/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və protokolu müdafiə etdiklərini bildirmişlər. Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekpertiza” Birliyinin 013/25-X nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza aktına əsasən tədqiqata təqdim edilmiş qısaqol gödəkçənin 1 ədədi 12 (on iki) manat, 12 ədədi 144 (yüz qırx dört) manat, uzunqol köynəyin 1 ədədi 8.0 (səkkiz) manat, 12 ədədi 96 (doxsan altı) manat, kepkanın 1 ədədi 5.0 (beş) manat, 10 ədədinin qiyməti 50 manat təşkil edir. Təqdim edilmiş malların xx.xx.2025-ci il tarixə mövcud olan orta bazar (satış) qiyməti 290 (iki yüz doxsan) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, hüquqi şəxs Şəxs MMC 12 ədəd qısaqol gödəkçəni, 12 ədəd köynəyi, 10 ədəd kepkanı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin digər hallarını nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan 12 ədəd qısaqol gödəkçə, 12 ədəd köynək, 10 ədəd kepka müsadirə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. İş üzrə ekspertiza xərci olan 36 (otuz altı) manat olan ekspertiza xərci hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilməlidir. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş 12 ədəd qısaqol gödəkçə, 12 ədəd köynək və 10 ədəd kepka müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 36 (otuz altı) manat rüsum xərci hüquqi şəxs Şəxs MMC tərəfindən ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-134/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-134/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver