Məhkəmə qərarları › İş №3(029)-135/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-135/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-135/2023 21.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 iştirakı ilə X7 Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon Polis Şöbəsinin DYPB-si tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı saylı qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cu il tarixdə saat 21 radələrində Qusar şəhərinin H. Əliyev prospekti ilə idarə etdiyi "HUNDAİ TUCSON" markalı, **-BF-*** dövlət qeydiyyat nişanli avtomaşınla həmin küçədə yerləşən "ART" restoranına getmişdir. Avtomaşında qabaq sağ oturacaqda tanışı Qusar şəhər sakini X10İu, arxa oturacaqda isə Qusar şəhər sakini X11İu və X4 əyləşmişdir. "ART" restoranına yaxınlaşarkən "sola dönmə" işıqlarını yandırmış və yavaş sürətlə sola dönmək istəyərkən arxadan yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan, sonradan adının Ramil olduğunu bildiyi şəxsin idarə etdiyi VAZ-2106 markali avtomaşin onun sol tərəfindən manevr edərək, onun dönməsini gözləmədən avtomaşının qabaq sol təkərinə çırpılmışdır. Bir neçə dəqiqədən sonra yol polisi əməkdaşı Dəmirbəy gəlmiş, hadisəni araşdırmağa başlamış və ilkin araşdırmadan sonra o, da bildirmişdir ki, hadisəni törətməsində təqsir VAZ-2106 markalı avtomaşının sürücüsündədir. Hətta VAZ-2106 markali avtomobilin sürücüsü özü də hadisə yerində onun manevr edərək sola dönmədən qabaq X8 uyğun olaraq "sola dönmə" işıqlarının yandırdığını etiraf etmişdir. Həmcinin onun avtomobilində əyləşmiş sərnişinlər də bunu təsdiq edə bilər. Lakin hadisə üzrə araşdırmanı aparan Qusar RPŞ-nin YPB-nin zabiti X5 onun göstərdiklərini nəzərə almadan, onun hadisədə təqsirkar hesab etmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 şikayət ərizəsini müdafiə etmiş və izahatında göstərmişdir ki, xx.xx.2023-cu il tarixdə saat 21 radələrində Qusar şəhərinin H. Əliyev prospekti ilə idarə etdiyi "HUNDAİ TUCSON" markalı, **-BF-*** dövlət qeydiyyat nişanli avtomaşınla həmin küçədə yerləşən "ART" restoranına getmişdir. Avtomaşında qabaq sağ oturacaqda tanışı Qusar şəhər sakini X10İu, arxa oturacaqda isə Qusar şəhər sakini X11İu və X4 əyləşmişdir. "ART" restoranına yaxınlaşarkən "sola dönmə" işıqlarını yandırmış və yavaş sürətlə sola dönmək istəyərkən arxadan yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan, sonradan adının Ramil olduğunu bildiyi şəxsin idarə etdiyi VAZ-2106 markali avtomaşın onun sol tərəfindən manevr edərək, onun dönməsini gözləmədən avtomaşının qabaq sol təkərinə çırpılmışdır. Bir neçə dəqiqədən sonra yol polisi əməkdaşı Dəmirbəy gəlmiş, hadisəni araşdırmağa başlamış və ilkin araşdirmadan sonra o, da bildirmişdir ki, hadisəni törətməsində təqsir VAZ-2106 markalı avtomaşının sürücüsündədir. Hətta VAZ-2106 markali avtomobilin sürücüsü özü də hadisə yerində onun manevr edərək sola dönmədən qabaq X8 uyğun olaraq "sola dönmə" işıqlarının yandırdığını etiraf etmişdir. Həmcinin onun avtomobilində əyləşmiş sərnişinlər də bunu təsdiq edə bilər. Lakin hadisə üzrə araşdırmanı aparan Qusar RPŞ-nin YPB-nin zabiti X5 onun göstərdiklərini nəzərə almadan, onun hadisədə təqsirkar hesab etmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqinda qərar qəbul etmişdir. Qərəzli şəkildə araşdırılma aparılmışdır. Avtomaşınında olan sərnişinlər də dönmə işığını qoşulduğunu görmüşdür. Ona İXM-nin maddəsinin tələbləri izah edilməmişdir. Onun hər hansı video görüntüsü yoxdur. Qayda pozuntusuna görə əvvəllər saxlamamışdır. YPX-nın əməkdaşları ilə heç bir düşmənçiliyi yoxdur. YPX əməkdaşları qəza olduğu üçün hadisə yerinə gəlmişdir. Digər avtomaşın təxminən 90 km surətlə gəlib toqquşmuşdur. Onun avtomobilin arxasında yüksək sürət ilə gəlib toqquşmuş və onun avtomobilinə toqquşmuş maşın qəfil gəlmışdır. Odur ki, şikayəti təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, məlumat əsasında araşdırma aparılmışdır. VAZ-2106 və "HUNDAİ TUCSON" avtomaşınlar toqquşmuşdur. “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü "HUNDAİ TUCSON” avtomobili ötmə edən zaman avtomobil qəflətən onun qabağına çıxmışdır. Hər iki sürücüsü barəsində protokol tərtib edilmişdir. Ona şahidlərin dindirilməsi barədə heç bir vəsatət verilməmişdir. VAZ-2106 avtomobilin sürücüsü və sərnişinlər dindirilmişdir. X9 əvvəllər qayda pozuntu etdiyinə görə saxlanılmamışdır. VAZ-2106 avtomobilin sürücüsü 2 DVD disk təqdim etmişdir. Hadisə ərazisində yol 60 km surətlə hüdudlaşdırılmışdır. Qərar qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X2 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis leytenantı X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, X9 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edildiyi göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş DVD-diskdən görünür ki, hadisə yerininin görüntüsü aydın olmamış, hadisə ilə bağlı araşdırılma aparılması zaman X9 törətdiyi əməli sübuta yetirilməsi üçün video görüntülər kifayət qədər aydın olmamışdır, həmçinin şahidlər tam dindirilməmiş, X7 avtomobilində olan şahidlər dindirilməmiş, digər maşında olan şahidlər dindirilməklə kifayətlənmiş, hadisə birtərəfli araşdırılmışdır. Həmçinin DVD diskə baxış keçirilərkən "HUNDAİ TUCSON" markalı avtomaşının dönmə işıq siqnalının hansı vaxtda yandırıb yandırılmaması şübhəli olaraq qalmışdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin yol nəqliyyat hadisəsi barədə avto-texniki ekspertiza təyin edilməmiş, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hadisə yerində olmuş şahidlər tam dindirilmımişdir. Bununla da, X7 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Beləliklə, mövcud vəziyyətdə X7 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X7 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar