Məhkəmə qərarları › İş №3(029)-135/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-135/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-135/2024 28.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafəçisi X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Qusar rayon, Yasab Oba kəndində anadan olmuş, Qusar rayon, Yasab Oba kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Qusar rayon Yasab Oba kəndində yerləşən bağ sahəsində 2 ədəd çətənə kolunu şəxsi istifadə məqsədilə əkib becərmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Samur PB-nın polis sahə rəisi X5 tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 208 maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bilmiş, əməlindən peşman olduğunu və bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Həmçinin qızı X6 1ci dərəcəli əlil olduğunu və oğlu X3 yeni əməliyyat olduğunu bildirərək, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyatı üzrə Qusar RPŞ-nin Samur PB-yə verilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məhkəməyə qədərki izahatı zamanı həmin çətənə bitkilərini Qusar rayon, Yasab Oba kəndində yerləşən bağ sahəsində olan fındıq ağaclarının altında əkdiyini bildirmişdir. Həmçinin həmin çətənə bitkilərini şəxsi istifadə məqsədilə çəkdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/834 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. X1 bağ sahəsindən aşkar edilmiş 2 ədəd çətənə bitkisi...” yazı və imzalar olan 1 ədəd qəhvəyi rəbgli kağız paketdə ümumi sayı 2 yaş vəziyyətdə, ümumi çəkisi 5.0 qram bitki nümunələri eyni növə aid olub, narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə tövsif olunmuşdur. Həmin şəxsin təqsirləndirildiyi maddə ilə nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi, məhkəməyə qədərki verdiyi izahatı və məhkəməyə təqdim etmiş olduğu ərizəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasında sonunda müayinəyə dair məlumat vərəqəsini tədqiq edərək, müəyyən etmişdir ki, X1 himayəsində İ dərəcə əlilliyi olan X7 vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onun davranışını,öz əməlinə tənqidi münasibətini, səmimi peşmançılığını, himayəsində 2 azyaşlı uşağının olmasını və onların sağlamlığ və yaşam şəraitini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunacağı təqdirdə, ailəsinin və 2 azyaşlı uşağının həyat və sağlamqlıq şəraitinə mənfi yöndə təsir edəcək, nəticədə isə həmin ailənin gələcəyi və həyat şəraiti üçün mənfi nəticələr doğuracaqdır. Həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edir. Hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh X1 islah olunması üçün daha effektli olacaqdır. X4 cəmiyyətdən təcrid olunmadan, islah olunması məhkəmədə şübhə doğurur. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh X4 islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208 maddəsi ilə təqsirli bilinsin, İXM-nin 208-ci maddəsi ilə 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar