Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-135/2025 20.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN:**********), ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar şəhəri, F.Musayev küçəsində yerləşən “İSTOK” marketinin fasadında xx.xx.2025-ci il tarixdə müvafiq icazə alınmadan açıq məkanda qanunsuz reklam yayımı aşkar edilmişdir. Həmin faktla bağlı X5 İdarəsinin RFMŞ-nin böyük müfəttişi X1 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək protokolda göstərilən xüsusatları müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının, Azərbaycan Respublikası İXM-nin 61.3, 64.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli fotoşəkildən görünür ki, fasad üzərində “İSTOK MARKET” yazısı olan lövhə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 11-3-4/2-248/2025 nömrəli məktubdan görünür ki, fərdi sahibkar Şəxs onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol onun ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 11-3-4/2-103/2025 nömrəli qanun pozuntularının aradan qaldırılması barədə xəbərdarlıqdan görünür ki, “İSTOK” xidmət obyektinə aid açıq məkanda olan reklamlara görə müvafiq icazə alınması üçün 5 gün ərzində X5 İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması barədə xəbərdarlıq edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın yaranmasına görə inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. Həmin xəbərdarlıq xx.xx.2025-ci il tarixdə vəzifəli şəxs Şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Qusar şəhəri, F.Musayev küçəsində yerləşən “İSTOK” market adlı obyektin üzərində müvafiq icazə olmadan 1 ədəd 2 m2 ölçüdə reklam aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla vəzifəli şəxs Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, vəzifəli şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin məcəllənin normasından da görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab olunurlar. İş materiallarından da göründüyü kimi X2 fiziki şəxslətin uçotu haqqında şəhadətnamə (VÖEN:**********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə olan halda məhkəmə hesab edir ki, X2 protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbehə məruz qalmalıdır. Azərbyacan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, vəzifəli Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında göstərilən həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi təqdirdə qərar tərəflərə çatdıqdan 10 (on) gün sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-135/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-135/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver