Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-136/2021 26.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Xaçmaz rayonu Balaqusar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Mercedes Benz-E280” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisində idarə edərkən qarşı hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz-190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və xx xxxxxx 2021-ci il tarixli qərarla yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.8 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli İXP3831648 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş, məlum yol-nəqliyyat hadisəsinin baş verməsində onun günahının olmadığını bildirmiş, bununla belə barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Mercedes Benz-190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu istiqamətində saatda 90-100 kilometr sürətlə hərəkət edərkən Şəxs özünün idarə etdiyi “Mercedes Benz-E280” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobillə onu sağ tərəfdən ötmüş, daha sonra əks hərəkət zolağına çıxmaq üçün onun hərəkət etdiyi zolağa çıxaraq məlum yol-nəqliyyat hadisəsini törətmişdir. Hadisə nəticəsində o, yüngül bədən xasarəti almış, həmçinin avtomobili əzilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 180 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın və sol iç topuq nahiyələrinin sıyrıqları, sağ tərəf sifət və sağ dirsək oynağı nahiyələrinin şişkinlikləri, üst dodaq nahiyəsinin əzilmiş və üst dodağın selikli qişasının cırılmış yaraları, sol bazu nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 8/311 saylı rəyindən görünür ki, mövcud vəziyyətdə Mercedes Benz 190 markalı 27BT963 dövlət qeydiyyat nişanlı avtomobilin 100 km/saat sürətlə hərəkətdə olması şəraitində dayanma yolu 92 metrə uyğundur. x xxxx 2020-ci il tarixli 8/681 nömrəli rəyin tədqiqi hissəsində hesabatla müəyyən edilmiş 24,2 metr məsafə 90 km/saat sürətlə hərəkətdə olan Mercedes Benz 190 markalı avtomobilin 18 metr tormoz izi qoyduqdan sonra tormozlanmış vəziyyətdə dayanana qədər qət edəcəyi məsafədir. Yəni, toqquşmanın baş vermədiyi vəziyyətdə mövcud yol şəraitində Mercedes Benz 190 markalı avtomobilin 18 metr tormoz izi qoyduqdan sonra tormozlanmış vəziyyətdə dayanana kimi 24,2 metr məsafə qət etməsi şəraitində onun hərəkət sürəti 90 km/saat sürətə uyğundur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Mercedes Benz 190 markalı 27BT963 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İlkin kontakt anında toqquşma Mercedes Benz E280 markalı 90BR830 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə Mercedes Benz 190 markalı 27BT963 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 25-30 dərəcə bucaq altında baş vermişdir. İlkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətlərinə əsasən Mercedes Benz E280 markalı avtomobil Mercedes Benz 190 markalı avtomobilə nəzərən sağdan sola doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Mercedes Benz E280 markalı 90BR830 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü B.Ə.X2 E280 markalı avtomobili yaşayış məntəqəsindən kənarda icazə verilmiş 90 km/saatdan artıq, yəni 100 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 6(029)-6/2021 saylı xx.xx.2021ci il tarixli qərarının surətindən görünür ki, Şəxs şikayət ərizəsi təmin edilməmiş, Qusar rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı X1 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətən də, xx.xx.2020-ci il tarixdə saat 17:30-da idarə etdiyi “Mercedes Benz-E280” markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisində idarə edərkən qarşı hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozması və Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz-190” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması, bununla da, onun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-136/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-136/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver