Məhkəmə qərarları › İş №3(029)-14/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-14/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-14/2021 26.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF XF105-460 SC” markalı ** AD ***/** ZA *** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasında olan səsgücləndirici üçün nəzərdə tutulmuş yerin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 30 qutu hər qutuda 4 flakon olmaqla cəmi 120 flakon “Meedzo 60 mq”, 20 qutu hər qutuda 20 tablet olmaqla cəmi 400 tablet “Блeмарен”, 10 qutu hər qutuda 10 tibbi şam olmaqla cəmi 100 tibbi şam “Салофальк 500 мг”, 5 qutu hər qutuda 15 tibbi şam olmaqla cəmi 75 tibbi şam “Овестин 0,5 мг”, 5 qutu hər qutuda 6 konvolyut hər konvolyutda 30 həb olmaqla 900 “Хофитол 200 мг” markalı dərman vasitələri Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə №01400-1527/20 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2463 və 9/4939 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş dərman vasitələrinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısı”na daxil olmadığı, dərman vasitələrinin qablaşmaların üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddətinin keçmədiyi və xx xxxxxx 2020-ci il tarixdə orta bazar qiymətinin təxminən 820.00 (səkkiz yüz iyirmi) manat təşkil edildiyi qeyd olunmuşdur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сı maddəsi ilə təqsirli bilinib Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmiş, cəmi dəyəri xx xxxxxx 2020-ci il tarixdə orta bazar qiymətinin təxminən 820.00 (səkkiz yüz iyirmi) manat təşkil edən nəqliyyat vasitəsinin kabinasında olan səsgücləndirici üçün nəzərdə tutulmuş yerin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 30 qutu hər qutuda 4 flakon olmaqla cəmi 120 flokon “Meedzo 60 mq”, 20 qutu hər qutuda 20 tablet olmaqla cəmi 400 tablet “Бламарен”, 10 qutu hər qutuda 10 tibbi şam olmaqla cəmi 100 tibbi şam “Салофальк 500 мг”, 5 qutu hər qutuda 15 tibbi şam olmaqla cəmi 75 tibbi şam “Овестин 0,5 мг”, 5 qutu hər qutuda 6 konvolyut hər konvolyutda 30 həb olmaqla 900 “Хофитол 200 мг” markalı dərman vasitələri müsadirə edilsin. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar