Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-14/2024 26.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Qusar RPŞ-nin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının İXM-nin 114-cü maddəsi rəhbər tutularaq 80 manat məbləğində cərimə tətbiq edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, hadisə vaxtı o nəqliyyat vasitəsini idarə edərkən heç bir yol inzibati xəta törətməmiş, bütün nişanlama xətlərinin tələblərinə riayət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını,ərizəsini müdafiə etdiyini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Sədrlik edən Azərbaycan Respublikasının İXM-nin 61.3, 112.1.4 maddəsinə əsasən məhkəmə iclasının X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Qusar RPŞ-nin nümayəndəsi, polis leytenantı X6 izahatında protokolu müdafiə etdiklərini və X1 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində yol patrul xidmətinin inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci madddəsilə protokol tərtib olunduğunu bildirmişdir.Lakin sürücü protokolla razı olmadığı üçün həmin protokol qərarsız tərtib olunmuşdur.Sonradan sürücü Polis İdarəsinə dəvət olunaraq hadisənin videogörüntülərini göstərmək istəsək də, sürücü gəlməmişdir.Buna görə də qanunvericiliyin tələbinə uyğun olaraq 15 gün sonra yəni xx.xx.2024cü il tarixdə barəsində özünün iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilməsi üçün inzibati tənbeh qərarı qəbul edilmişdir.X1 videgörüntülərdən göründüyü kimi 327.1.2-ci maddəsində göstərilən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının tələblərini pozaraq sola və geriyə dönmə qadağan olduğu zonadan sola dönmüşdür. Məhkəmə araşdırması zamanı tədqiq edilərək baxış keçirilmiş DVD diskdə olan video görüntüdən görünür ki, X5 avtomobili qırıq xətt işarəsi başlamadan yəni dönməyə icazə zonasında kənarda, həmçinin tormozlama əməliyyatı həyata keçirmədən, digər avtomobillərin təhlükəsizliyini tam gözləmədən dönmə əməliyyatını həyata keçirmişdir. Belə olan halda X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının tələblərini pozaraq sola və geriyə dönmə qadağan olduğu zonadan sola dönmüşdür. Məhkəmə iş materiallarını, məhkəmə iclasında iştirak etmiş nümayəndənin izahatını və şikayətçinin özünün təqdim etdiyi hadisənin videogörüntüsü olan diski tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını araşdıraraq hesab edirəm ki, X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-14/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-14/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver