Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-14/2025 15.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X11, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3, Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə X3 Qusar rayon Polis Şöbəsinin İTB-nin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon Polis Şöbəsinin İTB-nin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 564-cü maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, barəsində Azərbaycan respublikası İXm-nin 564-cü maddısi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayəti onunla əsaslandırmışdır ki, Qusar rayon X8çısı X4 xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 564-cü maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş prosessual qərarın surəti İTB-yə göndərilmişdir. Bundan sonra, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən barəsində İXM-nin 564-cü maddəsilə xx.xx.2024-cü il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən isə Rövşən Ağamirzəyevin xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərarı ilə o, İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o, bilə-bilə yalandan “112” xidmətinə zəng etməmişdir. Onun “112” xidmətinə zəng etməyinin səbəbi “ART” restoranının arendatoru olan Yaşar Ağadadaşovun özünün ona FHN-nin əməkdaşı Nəsrəddin Vəlimətovun ondan 150 manat pul almasını bildirməsi olmuşdur. Yaşar Ağadadaşov fikrini izah etməkdə çətinlik çəkdiyini bildirdiyinə görə o, həmin şəxsin adından zəng edərək məhz X6 Ağadadaşovdan hansı məqsədlə pul almasının araşdırılmasını xahiş etmişdir. O, həmin vaxt əraziyə yanğından mühafizə xidmətini çağırmamış, çünki orada hər hansı yanğın hadisəsi olmamış, yanğınla bağlı “112” xidmətinə heç bir məlumat verməmişdir. Onun zəng etməyində məqsədim həmin əraziyə yanğından mühafizə xidmətini çağırmaq olmamış, qeyd etdiyi kimi faktla bağlı araşdırma aparılmasını xahiş etməyi olmuşdur. Hesab edir ki, onun əməlində İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından və bu İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas olduğundan Qusar RPŞnin İTB-nin polis sahə rəisi X2 tərəfindən barəsaində İXM-nin 564-cü maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Həm də nəzərə alınmalıdır ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunan gün o, cərimə edilmiş, halbuki protokol tərtib edildikdən sonra inzibati xəta haqqında iş üzrə icraat aparılmaqla ona məlumat verilməli, protokola dair münasibəti öyrənilməmiş, izahatı alınmamışdır. Bununla da, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar həm də İXM-nin prosessual tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, o, əvvəllər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmuşdur. 2024-cü ilin oktyabr ayının 10-15 tarixləri aralığında Qusar şəhərində yerləşən “ART” restoranının icarədarı və “Ay işığı” restoranının müdiri ona müraciət edərək Fövqəladə Halları Nazirliyinin əməkdaşının onları incitdiyini bildirmiş, o, isə bu barədə “112” zəng xidmətinə zəng etmələrini bildirmişdir. Həmin şəxslər isə zəng edə bilmədiklərini bildirərək onların yerinə onun zəng etməsini xahiş etmişlər. Bu səbəbdən də, o əvvəlcə “Ay işığı” restoranına getmiş, orada restoranın müdirinin yerinə “112” xidmətinə zəng edərək FHN-nin əməkdaşının restoran müdirini incitdiyini bildirmiş, həmin halın araşdırılmasını xahiş etmişdir. Bundan sonra o, “ART” restoranına getmiş, orada restoranın icarədarı FHN-nin əməkdaşının ondan 150 manat pul aldığını bildirmiş, bu barədə o, həmin şəxsin adından “112” xidmətinə zəng edərək FHN-nin əməkdaşının 150 manat pul aldığını, lakin qəbz vermədiyini bildirərək həmin halın da araşdırılmasını xahiş etmişdir. Bundan sonra onu Qusar rayon Polis Şöbəsinə çağırmışlar və onu İXM-nin 564-cü maddəsi ilə cərimə etmişlər. Həmin maddə bilə-bilə yalandan yanğından mühafizə, təcili tibbi yardım və s. xidmətləri çağırma barədədir. Lakin, o, heç kimi çağırmamış, faktların araşdırılmasını xahiş etmişdir. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, Qusar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Hikmət Rəhmanov xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş və Dövlət Nurmətovun barəsində Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə tədbir görülməsi üçün qərarı Qusar RPŞ-nin İTB-yə göndərmişdir. Bundan sonra isə o, Dövlət Nurmətovu 100 manat məbləğində cərimə etmişdir. Onun tərəfindən Dövlət Nurmətovun bilə-bilə yalandan yanğından mühafizə xidmətini çağırması faktı müəyyən olunmamış və yalnız Qusar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Hikmət Rəhmanov xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilənləri rəhbər tutaraq onun cərimə olunması barədə protokol protokol tərtib etmişdir.. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rövşən Ağamirzəyevin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon X8 Bölməsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 barəsində toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hıəmin şəxsin barəsində İXM-nin 564-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş prosessual qərarın surəti Qusar RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İTB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İTB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, dövlət qurumlarından daxil olan inzibati xəta hadisəsinə dair məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlamağa o halda səbəb olur ki, həmin məlumatlarda inzibati xətanın əlamətləri olsun və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmasın. Bu isə onu deməyə əsas verir ki, inzibati xəta haqqında iş üzrə icraat başlayan səlahiyyətli vəzifəli şəxs daxil olmuş məlumatlar əsasında müvafiq araşdırma aparmalı, inzibati xəta hadisəsinin mövcudluğunu, şəxs tərəfindən ona istinad olunan xətanın törədilib-törədilməməsi, törədilmişdirsə bunun hansı sübutlarla təsdiq olunduğunu müəyyən etməlidir. Eyni zamanda inzibati xəta hadisəsi barədə inzibati xəta haqqında protokol tərtib olunarkən inzibati xətanın mahiyyəti göstərilməli, protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməli, həmin şəxsdən ona istinad olunan inzibati xəta haqqında izahat alınmalıdır. Lakin, iş materialları ilə, o cümlədən məhkəmə iclasında izahatları alınmış şəxslərin izahatları ilə müəyyən olunur ki, Dövlət Nurmətovun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rövşən Ağamirzəyevin tərəfindən həmin hərəkətlərin heç biri həyata keçirilməmiş, protokolda Dövlət Nurmətovun Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunsa da, bunun hansı sübutlarla təsdiq olunduğu, həmçinin onun İXM-nin 564-cü maddəsinin dispozisiyasında qeyd olunan hansı hərəkətləri törətməsi göstərilməmiş, heç bir araşdırma aparılmadan protokol tərtib olunan gün Dövlət Nurmətovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da, səlahiyyətli vəzifəli şəxs olan Rövşən Ağamirzəyev tərəfindən İXM-nin inzibati xəta haqqında iş üzrə icraatın əsas prinsipləri və tələbləri, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Dövlət Nurmətovun hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Qusar rayon Polis Şöbəsinin İTB tərəfindən X3 barəsində xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərar qəbul edilərkən Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu səbəbdən də həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Qusar rayon Polis Şöbəsinin İTB-nin X3 barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli EPQ ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nin İTB-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-14/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-14/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver