Məhkəmə qərarları › İş №3(029)-141/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-141/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-141/2025 06.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X10 Əliyev Rahib Malik oğlunun katibliyi ilə Zərər çəkmiş şəxs X2, Qusar rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu Atlıxan kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-1523/2017 saylı və 2(029)-129/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar X3 ödəməli olduğu alimenti ödəməmiş, nəticədə 6000 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, işləmədiyinə görə alimenti ödəyə bilməmiş və borcu yaranmışdır. İşlədiyi vaxtlarda hər ay 200-300 manat olmaqla aliment ödəmişdir, hal-hazırda işləmədiyindən arada 40-50 manat aliment ödəyir. Valideynləri xəstədir, ailə vəziyyəti ağırdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs ustadır, maşın təmir edir, ev tikir, özünün avtomobili var. Dəfələrlə aliment borcunun ödənilməsi ilə bağlı icra və probasiya şöbəsinə müraciət etmiş, lakin indiyədək yığılmış 6000 manat borc ödənilməmişdir. Odur ki, borcun ödənilməsinin təmin edilməsini xahiş edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-1523/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 16 fevral 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Şəxs X1 xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 129/2024 saylı icra sənədinə əsasən 16 fevral 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Şəxs X2 xeyrinə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-1523/2017 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 347/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Bundan başqa qeyd edirəm ki, həmin şəxsin ümumi borcu 6000 manat təşkil etməklə aliment borcu kifayət qədər yüksək məbləğdir, eyni zamanda həmin şəxs əvvəllər də icra sənədinin icrasından qərəzli olaraq yayındığından inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq, həmin şəxs icra sənədinin icrasını təmin etməyərək təkrarən bundan yayınmışdır. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas sayıla bilməz, əksinə icra sənədinin səmərəsizliyinə səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar