Məhkəmə qərarları › İş №3(029)-142/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-142/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-142/2025 08.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Qusar rayonu, Həsənqala kəndində anadan olmuş, Qusar rayonu, Həsənqala kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 623/2024 saylı icra sənədinə üzrə 3000 manat aliment borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. X1 protokolda göstərilənləri təsdiq edərək aliment borcunu tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən 3000 manat aliment borcunun olduğunu etiraf etmiş, protokolda göstərilən məbləği ödəmək üçün maddi imkanı olmadığını, yaxşı iş tapacağı zaman borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin hal-hazırda işləmədiyini, heç bir işlə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 protokolda göstərilənləri müdafiə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-623/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-623/2024 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra edilməsi barədə həmin şəxsə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, icra sənədi üzrə borclunun yaşayış yerinə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs tələbkara olan aliment borcu xx.xx.2025-ci il tarix üçün 3000 (üç min) manat təşkil edir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin iş materiallarından və məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs X3 aliment borcunu tam şəkildə ödəməmişdir. X5 həmin aliment borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Şəxs barəsində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Həmçinin cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 10:33-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar