Məhkəmə qərarları › İş №3(029)-143/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-143/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-143/2025 07.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X6 Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qusar rayonu Yasab-oba kəndində qeydiyyatda olan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon Məhkəməsinin 2(029)-904/22 saylı xx.xx.2022-ci il tarixli, 2(029)- 912/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(029)-272/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə cəmi 25139 manat məbləğində borcu tələbkarlara ödəməmiş, bundan yayınmışdır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, məhkəmənin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin iyul ayından xx.xx.2024-cü il tarixə kimi cəza çəkmişdir. Hazırkı qətnamələr onun həbsdə olduğu müddətdə qəbul olunmuş, həmin qətnamələrdən məlumatlıdır, lakin onlardan şikayət verməmişdir. Cəzaçəkdiyi müddətdə cəzaçəkmə müəssisəsində qəssab işləmiş və 110 manat əmək haqqı alaraq həmin pullun bir hissəsini borclarının ödənilməsinə xərcləmişdir. Borclarını qaytarmaq məqsədilə kənddə olan evini satmaq niyyətindədir və bunun üçün ilkin olaraq 3500 manat pul almışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-904/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 (iki min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq X4 verilməlidir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-912/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1850 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 39 manat məbləğində pul, ümumilikdə 1889 manat məbləğində pul alınaraq X1 verilməlidir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-272/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 21450 manat borc pul tutularaq X2 verilməlidir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli 1557/2022 saylı, xx.xx.2023-cü il tarixli 320/2023 saylı və xx.xx.2023-cü il tarixli 162207/2023-50-8 saylı bildirişlərin surətlərindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-904/22 saylı xx.xx.2022-ci il tarixli, 2(029)-912/2022 saylı xx.xx.2022-ci il tarixli və 2(029)-272/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələblərin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmədə gətirdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, onun cəza çəkib qurtardıqdan sonra evin satılmasına görə avans aldığı pulların bir qisminin belə icra sənədləri üzrə borclu olduğu şəxslərə ödəməyə cəhd göstərməməsi, qeyd edilən icra sənədləri üzrə qətnamələrin qanuni qüvvəsini aldıqdan sonra hazıra kimi mülki-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla (qətnamənin hissə-hissə icra edilməsi, icraya məhlət verilməsi və sair) qətnamənin icra olunmasına yönəlmiş hər hansı bir hərəkət etməməsi, heç bir üzürlü səbəb olmadan yaşadığı rayonunun Məşğulluq Mərkəzinə müraciət etməməsi ona dəlalət edir ki, Şəxs qeyd edilən icra sənədlərini qərəzli şəkildə icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda cəmi üç icra sənədi üzrə borclarının ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Bundan başqa, qeyd olunmalıdır ki, həmin şəxsin ümumi borcu 25139 manat təşkil etməklə borc kifayət qədər yüksəkdir, uzun müddətdir ki, həmin borcların ödənilməsi borclu şəxs tərəfjndən təmin olunmur. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas mövcud deyil, əksinə bu, icra sənədinin səmərəsizliyinə səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar