Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-144/2025 23.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ xx.xx.1975-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Molla Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025- ci il tarixdə, saat 13:00 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, 99ST126/99ZX296 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin yük yerinin altındakı əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “JACK DANİELS 1L” markalı viski, 3 ədəd “BALTİKA7 0.9İ” markalı pivə, 1 ədəd NOSNEİBRAU 0.5L2 markalı pivə, 1 ədəd “WİLLİANBRAÜ 0.5L” markalı pivə, 1 ədəd “ÇİSTİE ROSİ 0.7L” markalı araq, 1 ədəd “PYATİ OZER 1L” markalı araq, 1 ədəd “BALÇUQ 0.7L” markalı araq, 1 ədəd “KREMLİN 1L” markalı araq, 2 ədəd üzərində heç bir yazısı olmayan plastik qabda, hər birinin təqribi çəkisi 5 litr-ümumi 10 litr araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-03364/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 012/25-X nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş spirtli içkilərin xx.xx.2025-ci il tarixə olan orta bazar (satış) qiyməti aşağıdakı kimidir.
1. “JACK DANİELS 1L” markalı 40% viski, 1.0 l-lik araq 1 ədəd-75 manat
2. “BALTİKA 7” markalı 5.2% pivə 0.9l-lik 1 ədəd-6 manat-cəmi 3 ədədinin qiyməti 18 manat
3. “NOSNEİBRAU” markalı 5.0%, 0.5l-lik pivə 1 ədədi 4 manat
4. “WİLLİANBRAÜ” markalı 4.2%, 0.5l-lik pivə 1 ədədi 4 manat
5. “ÇİSTİE ROSİ vodka” markalı 40%, 0.7l-lik araq 1 ədədi 63 manat
6. “PYATİ OZER vodka” markalı 40%, 1.0l-lik araq 1 ədədi 25 manat
7. “BALÇUQ vodka” markalı, 40%, 0.7l-lik araq 1 ədədi 26 manat
8. “KREMLİN vodka” markalı, 40%, 1.0l-lik araq 1 ədədi 85 manat Yuxarıda göstərilən spirtli içkilərin ümumi dəyəri 300 (üç yüz) manat məbləğindədir. 2 ədəd 5 litrlik plastik qabda olan mayenin qiymətləndirilməsi aparıla bilməmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 1 ədəd “JACK DANİELS 1L” markalı viskini, 3 ədəd “BALTİKA7 0.9İ” markalı pivəni, 1 ədəd NOSNEİBRAU 0.5L markalı pivəni, 1 ədəd “WİLLİANBRAÜ 0.5L” markalı pivəni, 1 ədəd “ÇİSTİE ROSİ 0.7L” markalı arağı, 1 ədəd “PYATİ OZER 1L” markalı arağı, 1 ədəd “BALÇUQ 0.7L” markalı arağı, 1 ədəd “KREMLİN 1L” markalı arağı, 2 ədəd üzərində heç bir yazısı olmayan plastik qabda, hər birinin təqribi çəkisi 5 litr-ümumi 10 litr arağı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 55 (əlli beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 1 ədəd “JACK DANİELS 1L” markalı viski, 3 ədəd “BALTİKA7 0.9İ” markalı pivə, 1 ədəd NOSNEİBRAU 0.5L2 markalı pivə, 1 ədəd “WİLLİANBRAÜ 0.5L” markalı pivə, 1 ədəd “ÇİSTİE ROSİ 0.7L” markalı araq, 1 ədəd “PYATİ OZER 1L” markalı araq, 1 ədəd “BALÇUQ 0.7L” markalı araq, 1 ədəd “KREMLİN 1L” markalı araq, 2 ədəd üzərində heç bir yazısı olmayan plastik qabda, hər birinin təqribi çəkisi 5 litr-ümumi 10 litr araq müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 55 (əlli beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Əli Cəlilov