Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-145/2023 14.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Şimal regional X2 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən “KY 231 907809” saylı çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə Qusar şəhəri H.Əliyev prospektində yerləşən paltar mağazasında yanğın-texniki müayinəsinin aparılmasına şərait yaratmamışdır. Həmin faktla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. X2 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X1 ərizə təqdim edərək izahatında göstərmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə tərtib olunmuş protokolu müdafiə etmədiyini, həmin inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyini, buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan X2 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X1 ərizəsindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə tərtib olunmuş protokolu müdafiə etmədiyini, həmin inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyini, buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol əsasız olduğundan xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-145/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-145/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver