Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-145/2025 23.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ xx.xx.1988-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025- ci il tarixdə, saat 13:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF XF 460FT” markalı, 99GP255/99ZE255 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının üst yataq yerindən yerdən gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd “SVAYAK 0.5L” markalı araq, nəqliyyat vasitəsinin kabinasının alt yataq yerindən gömrük orqanına bəyan olunmayan 2 ədəd “NEMİROFF NASTOYKA 0.5İ” markalı, 2 ədəd “SVAYAK 0.5L” markalı, 1 ədəd “BELUGA TRANSATLANTİC 0.7L” markalı, 1 ədəd “ONEQİN 0.75L” markalı araqlar aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-03375/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 011/25-X nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş spirtli içkilərin xx.xx.2025-ci il tarixə olan orta bazar (satış) qiyməti aşağıdakı kimidir.
1. “SVAYAK 0.5L” markalı 40%, 0.5 l-lik araq 1 ədəd 15 manat-cəmi 4 ədədinin qiyməti 60 manat
2. “NEMİROFF NASTOYKA vodka” markalı 21%, 0.5-lik 1 ədəd-16 manat-cəmi 2 ədədinin qiyməti 32 manat
3. “BELUGA TRANSATLANTİC” markalı, 0.7l-lik araq 1 ədədi 115 manat
4. “ONEQİN vodka” markalı 0.75l-lik araq 1 ədədi 70 manat Yuxarıda göstərilən spirtli içkilərin ümumi dəyəri 277 (iki yüz yetmiş yeddi) manat məbləğindədir. İş üzrə ekspertiza xərci 45 (qırx beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/769-9/1493 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Beluga transatlantik vodka”, “Svayak vodka” və “Oneqin vidka” markalı alkoqollu içkilər araq məhsullarına aid olub, yoxlanılan oqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. “Nemiroff originals nastoyka klyukva na konıyke” markalı alkoqollu içki cövhər (nastoyka) məhsullarına aid, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Tədqiqatdan sonra “Beluga transatlantik vodka” markalı və “Oneqin vodka” markalı araqlardan qalmamış, “Svayak vodka” markalı araqdan 3 ədəd, “Nemiroff originals nastoyka klyukva na konıyke” markalı araqdan isə 1 ədəd qalmışdır. İş üzrə məhkəmə ekspertiza xərci 120 (yüz iyirmi) manatdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2 ədəd “SVAYAK 0.5L” markalı araq, nəqliyyat vasitəsinin kabinasının alt yataq yerindən gömrük orqanına bəyan olunmayan 2 ədəd “NEMİROFF NASTOYKA 0.5İ” markalı, 2 ədəd “SVAYAK 0.5L” markalı, 1 ədəd “BELUGA TRANSATLANTİC 0.7L” markalı, 1 ədəd “ONEQİN 0.75L” markalı araqları gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərci 45 (qırx beş) və 120 (yüz iyirmi) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 2 ədəd “SVAYAK 0.5L” markalı araq, 2 ədəd “NEMİROFF NASTOYKA 0.5İ” markalı, 2 ədəd “SVAYAK 0.5L” markalı, 1 ədəd “BELUGA TRANSATLANTİC 0.7L” markalı, 1 ədəd “ONEQİN 0.75L” markalı araqlar müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 45 (qırx beş) və 120 (yüz iyirmi) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Əli Cəlilov