Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-146/2023 10.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1962-ci ildə Şəmkir rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Moskva şəhəri Vastrekovski küçəsi ev 100 mənzil 107 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-in 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işin materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Rusiya Federasiyasının vətəndaşı Şəxs 2023-cü ilin fevral ayında Rusiya Federasiyasının Moskva şəhərində Gela adlı gürcü əsilli şəxsdən əldə etdiyi xeyli miqdarda, yəni 880 (səkkiz yüz səksən) manat dəyərində 16 (on altı) ədəd 0,7 litrlik “Russkaya Eskadra” markalı araqları şəxsi istifadə məqsədi ilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Daf” markalı O057AX750 dövlət qeydiyyat nişanlı yük-nəqliyyat vasitəsinin qoşqusunun altındakı, əşyaların qoyulması üçün nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədərək 27 fevral 2023-cü il tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Xaçmaz rayonu ərazisində yerləşən “Xanoba” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi, Şəxs istinad olunan inzibati xəta hadisəsi Xaçmaz rayonu ərazisində törədildiyindən hazıkı inzibati xəta haqqında protokola aidiyyəti üzrə Qusar rayon məhkəməsində deyil, Xaçmaz rayon məhkəməsində baxılmalıdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110, 112-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 480-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilsin. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-146/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-146/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver