Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-15/2023 16.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X2, Qusar rayon prokurorluğunun nümayəndəsi- Qusar rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qusar rayonu Zindan Muraq kəndində anadan olmuş, Qusar rayonu Atluxan kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəxs barəsində Qusar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin faktla bağlı Qusar rayon prokurorluğunun müstəntiqi Kənan İsmayılzadə tərəfindən tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Səyyad Babayevə şillə zərbəsi vuraraq fiziki ağrı yetirdiyi üçün Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə cinayət işi materiallarından ayrılmışdır. Qusar rayon prokuroru baş ədliyyə müşaviri Elxan Əbdürrəhimovun qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, həmin vaxt sərxoş olduğundan heç nəyi xatırlamır. Oğlu Zərərçəkmiş şəxs sillə ilə vurmasını yadında deyildir. Məhkəmə iclasında qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında bildirmişdir ki, atası həmişə içkili olmuş, ata kimi onun xöş üzünü görməmişdir. Atası Şəxs onu sillə ilə vurmuşdur. Hazırda onunla barışmamışdır, həmişə içkili olmuş, ata kimi onun xoş üzünü görməmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4(029)-26/2022 saylı qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqla barəsində Qusar rayon prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 29,149.1, 150.2.3, 150.2.5-ci maddələri ilə təqsirləndiriləməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-15/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-15/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver