Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-154/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X7 oğlunun katibliyi, X2 Qusar RPŞ, DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, yol patrul xidməti inspektoru, polis baş leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-nın Qusar RPŞ-nın inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti ona rəsmi qaydada poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası DİN-nın Qusar RPŞ-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə aşağıda göstərilən əsaslara görə razı deyildir və buna görə də hesab edir ki, qərar ləğv edilməlidir. Qərarda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 09:39-da Qusar şəhəri, E.İbrahimova küçəsində onun tərəfindən idarə olunan “X9” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və bu səbəbdən Azərbaycan Respublikası İXM-nın 329.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan məlumatlar həqiqətə uyğun olmadığını, yalan və böhtan xarakterli olduğunu və heç bir hüquqi əsasının olmadığını bildirmişdir. Belə ki, o heç vaxt təhlükəsizlik kəmərini bağlamadan maşınını idarə etməmişdir. Həmçinin o heç bir inzibati xəta törətməmiş, onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Onun tərəfindən heç bir inzibati xəta törədilmədiyi halda barəsində inzibati tənbeh tətbiq edilməsi düzgün deyildir. O, hesab edir ki, şikayət etdiyi qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir (videoçəkiliş, hal şahidləri və digər sübutlar). Azərbaycan Respublikası DİN-nın Qusar RPŞ-nın inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixliŞ TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək həmin iş üzrə şikayət və tələbinin olmadığını, Qusar RPŞ-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının qanuniliyinin ona Qusar RPŞnin nümayəndəsi tərəfindən hər tərəfli izah oldunğunu və həmin iş üzrə sübutların ona təqdim olunduğunu bildirərək həmin qərarının qüvvədə saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Qusar RPŞ-nın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən X1nun və Qusar RPŞ-nın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin məhkəməyə təqdim etmiş olduğu ərizəsini şikayət etdiyi halın sübuta yetirilməməsi kimi qiymətləndirərək şikayətin təmin edilməməsini, Qusar RPŞ-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının isə dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində olan Qusar RPŞ-nın, DYPB-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərarın qanunsuzluğu sübuta yetirilmədiyindən həmçinin şikayətçinin məhkəməyə təqdim etmiş olduğu imtina ərizəsinə görə şikayət təmin edilməməli və Qusar RPŞ-nın, DYPB-nın xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 barəsində olan Qusar RPŞ, DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-154/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-154/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver