Məhkəmə qərarları › İş №3(029)-157/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-157/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-157/2025 02.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Yaqub Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333- 1.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:42-də “HYUNDAİ AZERA MİNİK” markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla, Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan hallara yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 708 saylı YPX postunun İİ TAĞİM YPX inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 64.3 və 61.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 68 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında akta əsasən, narko-test müayinəsi zamanı Şəxs tərəfindən narkotik vasitə olan marixuana-çətənə bitkisi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Beləliklə məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 333-1.1 maddəsinin qeydinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, inzibati xətanın narkotik vasitənin təsiri altında törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki inzibati xətanı törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə sürücülük hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmalıdır. Məhkəmə Şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, cərimə inzibati tənbehi tətbiq olunacağı təqdirdə cəmiyyətdə bu qəbildən inzibati xətaların artımı müşahidə oluna bilər. Həmçinin cərimə inzibati tənbehi digər şəxslərin bu kimi inzibati xətaları törətməsində “stimul” rolunu oynaya bilər. Məhkəmə hesab edir ki, tətbiq olunacaq Şəxs verilmiş sürücülük hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılması Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib sürücülük hüququ 6 ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar