Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-158/2023 16.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1996-cı ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Quxur oba kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qusar rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs 03 may 2023-cü il tarixdə saat 21 radələrində Qusar rayonu Çubuqlu kəndində mağazanın qarşısında yumruqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sifətinə vuraraq onları döymüşdür. Həmin faktla bağlı Qusar rayon X2 Bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Samur PB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 03 may 2023-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Qusar rayonu Quxur oba kəndində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi mağazaya yaxınlaşaraq pivə istəmiş, Araz pivənin pulunu əvvəldən istəmiş, pulu verdikdən sonra pivəni verəcəyini bildirmişdir. Buna görə də, onların arasında mübahisə baş vermiş, həmin vaxt Arazın atası Zərərçəkmiş şəxs1 də onlara yaxınlaşmış, o, isə əsəbi və sərxoş olduğuna görə həm Arazı, həm də İmranı yumruqla vurmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, onun ailəsinin Qusar rayonu Quxur oba kəndində ərzaq mağazası vardır. 03 may 2023-cü il tarixdə saat 21 radələrində Şəxs sərxoş vəziyyətdə həmin mağazaya yaxınlaşaraq pivə istəmiş, o, isə pivənin pulunu əvvəldən istəmiş, pulu verdikdən sonra pivəni verəcəyini Cavada bildirmişdir. Buna görə də, onların arasında mübahisə baş vermiş, həmin vaxt onun atası Zərərçəkmiş şəxs1 də onlara yaxınlaşıb onları sakitləşdirmək istəmişdir. Bu zaman Cavad həm onu, həm də atası İmranı yumruqla vurmuşdur. Hazırda o, Cavadla barışmamış, barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, onun ailəsinin Qusar rayonu Quxur oba kəndində ərzaq mağazası var, həmin mağazanı oğlu Araz işlədir. 03 may 2023-cü il tarixdə saat 21 radələrində Şəxs sərxoş vəziyyətdə həmin mağazaya yaxınlaşaraq pivə istəmiş, oğlu Araz isə pivənin pulunu əvvəldən istəmiş, pulu verdikdən sonra pivəni verəcəyini Cavada bildirmişdir. Buna görə də, Cavadla Araz arasında mübahisə baş vermiş, həmin vaxt o, həmin şəxslərə yaxınlaşıb onları sakitləşdirmək istəmişdir. Bu zaman Cavad həm onu, həm də oğlu Arazı yumruqla vurmuşdur. Hazırda o, Cavadla barışmamış, barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 68 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin normaya görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Şəxs 15 may 2023-cü ildə saat 20:00 radələrində saxlanılaraq həmin tarixdə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş, 16 may 2023-cü il tarixdə saat 15:00-da isə tutulmadan azad olunmuşdur. İşin bu halarını nəzərə alaraq inzibati qaydada tutulma müddəti inzibati həbs müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətindən çıxılmaqla o, qəti olaraq 19 (on doqquz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-158/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-158/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver