Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-161/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN №**********) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin əmək müfəttişi X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs « Zeyxur” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X5 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən işçilərin icbari sığortalanması təmin edilməmişdir. Həmin faktla bağlı Şəxs MMC-nin rəhbəri ilə telefon əlaqəsi saxlanılsada, onlara rəsmi xəbərdarlıqla bildiriş göndərilsədə, barələrində protokol tərtib edəcəklərinə dair bildiriş göndərilsə də pozuntu aradan qaldırılmamışdır. Hal-hazıradək inzibati xəta aradan qaldırılmamışdır. Məhkəmədən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Sığortasız Statuslu ƏMB üzrə çıxarışdan görünür ki, Şəxs MMC işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs « Zeyxur” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs « Zeyxur” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Məhkəmə, hesab edir ki, Şəxs MMC qanunla müəyyən müddət ərzində sığorta haqqlarını ödəməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən protokol qəbul edilməmişdən qabaq, Şəxs MMC-yə həmin inzibati xəta haqqında məlumat verilmiş, protokolun onların iştirakı ilə tərtib olunması məqsədilə şöbənin inzibati binasına dəvət etmiş, gəlmələri mümkün olmadığı təqdirdə ƏMAS şəxsi kabinetlərinə yerləşdirilmiş ZOOM platforması linki vasitəsilə video konfrans vasitəsilə dəvət olunmuşlar. Lakin iş materiallarında görünür ki, həmin bildirişi MMC tərəfindən qəbul edilsədə onlar protokol tərtib edilməsində iştirak etməmişlər. Sonradan onların iştirakı olmadan MN № ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş, protokolun surəti MMC-nin hüquqi ünvanına göndərilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsindən görünür ki, həmin protokol Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Sonradan Şəxs MMC bu barədə heç bir reaksiya bildirməmişdir. Yəni məhkəmə iclasının bildirişi hüquqi şəxsin elektron ünvanına yerləşdirsə də onlar nümayəndənin iştirakını təmin etməmiş, öz mövqelərini və protokola olan münasibətlərini bildirməmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasındakı izahatını və məhkəməyə təqdim etmiş olduğu sənədləri sübut kimi qəbul edir və bununlada "xxxx" MMC-nin protokolda göstərilən inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-сi maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-161/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-161/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver