Məhkəmə qərarları › İş №3(029)-161/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-161/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-161/2025 22.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-32195/2025 nömrəli məktubu vəzifəli şəxs Şəxs tərəfindən icra edilməmişdir. Həmin faktla bağlı DƏMX-nin BŞİ-nin məsləhətçi-əmək müfəttişi X2 tərəfindən inzibati araşdırma aparılmış və Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan onu tərtib etmiş olan DƏMX-nin BŞİ-nin məsləhətçi-əmək müfəttişi X1 geri qaytarılmalıdır. Belə ki, protokola əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, protokola barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs izahatı əlavə edilməmiş, həmçinin protokolun tərtib edilməsinə dair bildiriş vəzifəli şəxsin ünvanına göndərilməmişdir. Nəticədə vəzifəli şəxs Şəxs barəsində tərtib edilmiş protokoldan məlumatı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən çatışmazlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmadığından, həmçinin DƏMX-nin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq: QƏRARAALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-сi maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol onu tərtib edən DƏMX-nin BŞİ-nin məsləhətçi-əmək müfəttişi X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar