Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-162/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Vəzfəli şəxs, Qusar rayonu Xuray bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vəzifəli şəxs, Qusar rayonu Xuray bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli 08 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qanunla müəyyən edilmiş müddətdə (05 gün) göndərməmişdir. Həmin faktla bağlı Xaçmaz Regional Ədliyyə İdarəsinin rəis müavini Qədir Paşayev tərəfindən Qusar rayonu Xuray bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, inzibati xəta haqqında protokolu müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Qusar rayonu Xuray bələdiyyəsinin sədri Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, protokol üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, birdaha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin ərizəsini nəzərdən keçirib hesab edir ki, vəzifəli şəxs Şəxs heç bir üzürlü səbəb olmadan üzərinə düşən öhdəliklərini qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirməmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi həm məhkəməyə təqdim etmiş olduğu ərizəsi, həm də iş materiallarında olan Xaçmaz regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında protokolla əlavə edilmiş şənədlər ilə sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs, Qusar rayonu Xuray bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-162/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-162/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver