Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-163/2024 07.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikası S.Stalski rayonunda anadan olmuş, ailəli, orta təhsilli, Qusar rayonu Quxur oba kənd tibb məntəqəsində tibb bacısı işləyən, Qusar rayonu Quxur oba kəndində yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs 19 iyul 2024-cü il tarixdə saat 20:50 radələrində özünə məxsus inəyi yolda nəzarətsiz qoymuş və nəticədə inək Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Corolla minik” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Quxur oba kəndində yaşayır. 19 iyul 2024-cü il tarixdə axşamçağı həyat yoldaşı evdə olmamış və bu səbəbdən o, inəyi sağmağa gedəndə sonuncunun su istədiyini və bu səbəbdən vedrəyə tərəf getdiyini görmüşdür. Onların evi magistral yolun kənarındadır və evin yanından su arxı keçir. O, da inəyin su istədiyini görüb yazığı gəlmiş və onu su içmək üçün buraxmışdır. Bu zaman inək su içmək üçün yolun asfalt hissəsinə çıxmış, o da inəyin dalınca qaçmışdır. Həmin zaman isə inək yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Corolla markalı avtomobillə toqquşmuş, avtomobil əzilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə axşamçağı idarə etdiyi Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan yolunun 191-ci kilometrliyində hərəkət etdiyi zaman gözlənilmədən inəklər sahədən yolun asfalt hissəsinə çıxmışlar. İnəklər yolun digər tərəfindən birbaşa avtomobilin üstünə qaçmışlar və o, avtomobilin əyləcini bassa da, inəklərdən biri avtomobilin üstünə tərəf gəlmiş və avtomobili ilə toqquşmuş, digər inək isə başqa istiqamətə getmişdir. Hadisə nəticəsində ona maddi ziyan dəymiş və avtomobili əzilmişdir. Həmin vaxt orada heç kim olmamışdır. Orada bir-iki nəfər başqa şəxslər olmuş, onlardan inəyin kimin olmasını soruşmuş, 3-4 dəqiqə sonra isə inəyin sahibi olan Şəxs gəlmiş və bildirmişdir ki, inəklər onundur. Hazırda ona dəymiş zərərin ödənilməsini tələb edir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli 458 saylı arayışdan görünür ki, Bakı- Rostov avtomobil yolunun 190-cı kilometr ərazisində maşınla vurulmuş qara-ala bir baş inək Qusar rayonu Quxuroba kənd sakini Şəxs İlifxan qızına məxsusdur. İş materiallarında olan AC N 738800 saylı xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla minik” markalı 38BG996 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Azərbaycan Respublikası İXM-nin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mal-qara ötürənlərin mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürməmək, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməmək, mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürmək öhdəlilkləri müəyyən olunmuş, həmin öhdəliklərin pozulması, o cümlədən mal-qaranın yolda nəzarətsiz qoyulması isə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən yol hərəkəti qaydasını pozaraq özünə məxsus inəyi magistral yolda nəzarətsiz qoymuş, nəticədə isə həmin inək həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş, nəticədə sonuncunun avtomobili əzilməklə həmin şəxsə maddi zərər dəymişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta hadisəsini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona görə də, həmin şəxsin barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-163/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-163/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver