Məhkəmə qərarları › İş №3(029)-166/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-166/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-166/2024 12.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu, ev 34/48-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, təqribən saat 22 radələrindən RF istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası Şəxs idarə etdiyi “MAN” markalı, 77XL491/99ZG630 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Kinoloji fəlaiyyətə yardım şöbəsinin Xaçmaz Gömrük İdarəsinə təhkim olunmuş instruktor-kinoloqu X1 ilə birgə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin dartıcısında əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdə gömrük orqanına bəyan olunmamış 38 ədəd “Lash Lamination”-5 ml markalı, 14 ədəd “Fixing Glue”-5 ml markalı, 15 ədəd “Sexy Glue”-5 ml markalı, 24 ədəd “Opium Colors”-15 ml markalı, 9 ədəd “X4”-15 ml markalı, 3 ədəd “AS Company”-12 ml markalı, 1 ədəd “İce Cream”-30 q markalı, 5 ədəd “Nikk Mole”-10 q markalı, 5 ədəd “Camouflage”-6 ml markalı, 4 ədəd “Bronsum”-20 ml markalı, 5 ədəd “Botox”-20 ml markal, 19 ədəd “Nikk Mole”-15 ml markalı, 4 dəst “İC İnnovator” markalı, 30 ədəd “Rili”-5 ml master markalı, 35 ədəd “Rili”-5 ml profi markalı, 10 ədəd “Rili”-3 ml master markalı, 10 ədəd “Rili”-3ml profi markalı, 69 ədəd “Novel”-1 qr Lasyon markalı, 12 ədəd plastik qabda “Sustaine” markalı kosmetik vasitələr aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 15 iyul 2024-cü il tarixli, № 01400-04203/24 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2879-9/3995 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində 1 ədəd “As Company-12 ml” göstəricisi olan plastik qabda rıngli məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company camouflage pigment-6 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili master-3 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili profi-5 ml” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Rili profi-3 ml” göstəricisi olan plastik qabda mayenin, 2 ədəd üzərində “Sutaine” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Nikki Mole botox” göstəricisi olan şüşə flakonda mayenin, üzərində “Nikk Mole keratin eyebrow and eye lash dye” göstəricisi olan 1 ədəd plastik şüşə qabda qatı məhlul, üzərində “İce Cream strong 30%” göstəricisi olan qabda məhlulun, üzərində “Fixing Glue” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Sexy Glue-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Lash Lamination-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Novel” göstəricisi olan 1 ədəd kağız paketdə məhlulun, üzərində “İnnovator Cosmetics” göstəricisi olan qablarda məhlulun tərkibində olan komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan, prekursorların siyahıları”-na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”-na daxil deyildirlər. Həmçinin aparılmış təhqiqat nəticəsində təqdim edilmiş kosmetik vasitələrin satışına və qiymətinə dair Azərbaycan Respublikasında yerləşən ticarət şəbəkələrində, mağazalarda və yerli internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, təqdim olunan tədqiqata təqdim edilən üzərində 1 ədəd “As Company-12 ml” göstəricisi olan plastik qabda rəngli məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company camouflage pigment-6 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili master-3 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili profi-5 ml” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Rili profi-3 ml” göstəricisi olan plastik qabda mayenin, 2 ədəd üzərində “Sutaine” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Nikki Mole botox” göstəricisi olan şüşə flakonda mayenin, üzərində “Nikk Mole keratin eyebrow and eye lash dye” göstəricisi olan 1 ədəd plastik şüşə qabda qatı məhlul, üzərində “İce Cream strong 30%” göstəricisi olan qabda məhlulun, üzərində “Fixing Glue” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Sexy Glue-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Lash Lamination-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Novel” göstəricisi olan 1 ədəd kağız paketdə məhlulun, üzərində “İnnovator Cosmetics” göstəricisi olan qablarda məhlulullar və mayelərdən 0.5 q və 0.5 ml tədqiqatların aparılmasında istifadə olunmuş qalanı isə qalıq qalaraq geri qaytarılmışdır İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan predmetlərdən ekspertizayaya təqdim olunmuş üzərində 1 ədəd “As Company-12 ml” göstəricisi olan plastik qabda rəngli məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company X4-15 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “As company camouflage pigment-6 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili master-3 ml” göstəricisi olan plastik qabda məhlulun, 1 ədəd üzərində “Rili profi-5 ml” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Rili profi-3 ml” göstəricisi olan plastik qabda mayenin, 2 ədəd üzərində “Sutaine” göstəricisi olan plastik qabda mayenin, 1 ədəd üzərində “Nikki Mole botox” göstəricisi olan şüşə flakonda mayenin, üzərində “Nikk Mole keratin eyebrow and eye lash dye” göstəricisi olan 1 ədəd plastik şüşə qabda qatı məhlul, üzərində “İce Cream strong 30%” göstəricisi olan qabda məhlulun, üzərində “Fixing Glue” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Sexy Glue-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Lash Lamination-5 ml” göstəricisi olan 1 ədəd qabda məhlulun, üzərində “Novel” göstəricisi olan 1 ədəd kağız paketdə məhlulun, üzərində “İnnovator Cosmetics” göstəricisi olan qablarda məhlulullar və mayelərdən 0.5 q və 0.5 ml maye və məhlullar istifadə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tədqiqatdan sonra qalıq qalmış kosmetik vasitələr müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 65 (altmış beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 38 ədəd “Lash Lamination”-5 ml markalı, 14 ədəd “Fixing Glue”-5 ml markalı, 15 ədəd “Sexy Glue”-5 ml markalı, 24 ədəd “Opium Colors”-15 ml markalı, 9 ədəd “X4”-15 ml markalı, 3 ədəd “AS Company”-12 ml markalı, 1 ədəd “İce Cream”-30 q markalı, 5 ədəd “Nikk Mole”-10 q markalı, 5 ədəd “Camouflage”-6 ml markalı, 4 ədəd “Bronsum”-20 ml markalı, 5 ədəd “Botox”-20 ml markal, 19 ədəd “Nikk Mole”-15 ml markalı, 4 dəst “İC İnnovator” markalı, 30 ədəd “Rili”-5 ml master markalı, 35 ədəd “Rili”-5 ml profi markalı, 10 ədəd “Rili”-3 ml master markalı, 10 ədəd “Rili”-3ml profi markalı, 69 ədəd “Novel”-1 qr Lasyon markalı, 12 ədəd plastik qabda “Sustaine” markalı kosmetik vasitələrdən ekspertiza tədqiqatından sonra qalıq qalan kosmetik vasitələr müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 65 (altmış beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar