Məhkəmə qərarları › İş №3(029)-167/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-167/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-167/2024 29.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X10 oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 960 manat borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokol ilə razı deyildir. Qusar rayon Məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razı deyil. Həmin qətnamə çıxmamışdan qabaq X1 750 manat pul ödəmişdir. Hal-hazırda tələbkara 62 manat borcu vardır. Həmin mübahisəli iş üzrə qətnamə çıxarılan zaman məhkəmə araşdırılmasında iştirak etməmişdir. Qusar rayon məhkəməsinin həmin qətnaməsini isə mübahisələndirmiş və ondan apellyasiya şikayəti vermişdir. Tələbkara 750 manat pul ödədiyini və ona həmin qətnamə üzrə heç bir borcunun olmadığını tələbkarın da qəbul etdiyini bildirmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, borclu Şəxs Qusar rayon məhkəməsinin qətnaməsi ilə razı deyildir. Şəxs izahatında X1 62 manat borcu olduğunu bildirmiş, həmin qətnamə çıxarılmamışdan qabaq tələbkara 750 manat pul verdiyini və tələbkarında bununla razılaşdığını bildirmişdir. Lakin icra materiallarından göründüyü kimi tələbkar Qusar rayon İcra və Probasiya şöbəsinə dəfələrlə ərizə ilə müraciət edərək Qusar rayon Məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ona ödənilməli olan 960 manat məbləğin ödənilmədiyini və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. X1 Şəxs tərəfindən qətnamə çıxarılandan sonra, həmçinin icra tədbirləri zaman hər hansı ödəniş olmamışdır, əgər ödənişlər olsa idi, tələbkar X3 ona məlumat verərdi və şikayət ərizəsi ilə müraciət etməzdi. Pul ödənilmədiyinə görə tələbkar yuxarı instansiya orqanlarına şikayət etmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə qətnaməsində göstərilən icra sənədi üzrə pul borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs qətnamə üzrə ödəməli olduğu məbləği qərəzli şəkildə ödəməkdən yayınır. Belə ki, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirmiş, lakin apellyasiya şikayəti müddəti ötürdüyü üçün geri qaytarılmış, həmin qərardadadı da mübahisələndirməmişdir. Məhkəmə, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verməsinə dair izahatına belə qiymət verir ki, həmin qətnamədən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti müddəti ötürdüyü üçün geri qaytarılmışdır, həmin qərardad ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən həmin qərardandan da şikayət verilməsi nəzərdə tutulmuşdur. Şəxs qərardanı mübahisələndirmədiyinə görə qətnamə və qərardad qanuni qüvvəyə minmişdir. Həmçinin, Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X7 izahatına nəzər saldıqda məlum olur ki, tələbkar X3 qətnamə üzrə ona ödənilməli olan pulu ödənilmədiyinə görə şikayət ərizəsi ilə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə cərimə ilə birlikdə qətnamə üzrə ödəməli olduğu 960 manat borc üst-üstə gələrək inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Həmçinin, onun barəsində əlavə öhdəliklərin yaranmasına səbəb ola bilər, cərimə tənbehi tətbiq edildiyi təqdirdə maddi məhrumiyyətlərə məruz qala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:28-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar