Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-168/2025 11.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Şimal regional Yanğın Nəzarəti İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: 21 may 2025-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Qusar rayonu Həzrə kənd həkim məntəqəsində keçirilən planlı yoxlama (YTM) zamanı X1 (YTQ 01.2001) 4.4, 6.5, 9.3-cü bəndlərinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı X10 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru X4 tərəfindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X5 izahatında göstərdi ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs inzibati xəta haqqında protokolda əks olunan nöqsanların mövcudluğunu qəbul edir, lakin qeyd edilməlidir ki, 2020-ci ildən sonra xəstəxananın maddi təchizat və təsərrüfat məsələləri TƏBİB-ə keçsə də, həmin vaxtdan sonra xəstəxananın həkim məntəqələri təmir olunmamışdır. Bununla bağlı TƏBİBin rəhbərliyinə rəsmi müraciət olunsa belə məsələ həllini tapmamışdır. 2025-ci ildə ilk dəfə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama aparıldıqdan sonra xəstəxananın direktoru əmr imzalayaraq həkim məntəqələrinin müdirlərini bu məsələlər üzrə məsul şəxs kimi təyin etmişdir. Yoxlama aktında həkim məntəqəsində elektrik naqillərinin yararsız olduğu göstərilmiş və bu barədə "xxxx" ASC-yə rəsmi müraciət olunmuşdur. X10 Xidməti Şimal regional DYNİ-nin DYNŞ tərəfindən qeyd edilən nöqsanlar aşkar edilərkən izahatda göstərdiyi halları nəzərə alıb “Qusar rayon Mərkəzi Xəstəxanası”na onların aradan qaldırılması üçün vaxt verilməsi məqsədəmüvafiq olardı. Odur ki, bu xüsusatları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X10 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş X10 Xidməti Şimal regional X10 İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 21 may 2025-ci il tarixli Q-431 saylı yanğın-texniki müayinə aktının surətindən görünür ki, həmin nazirliyin Şimal RDYNŞ-nin inspektorları X4 və X7 tərəfindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə həmin publik hüquqi şəxsin Qusar rayonu Həzrə kəndində yerləşən təsərrüfat obyektində yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, daxili elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanılması barədə mütəxəssis aktı tərtib olunmamışdır. Yanar taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb. Avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb. Azərbaycan Respublikasında X1 2.1-ci bəndinə əsasən inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; - nasaz elektrik qurğularından istifadə etmək; - elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; - magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən tibb fəaliyyəti ilə məşğul olduğu Qusar rayonu Həzrə kəndində yerləşən həkim-tibb məntəqəsində X1 tələbləri pozulmaqla binanın daxili elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanılması barədə mütəxəssis aktının tərtib olunmaması, yanar taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmaması, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması, bununla da, həmin hərəkətləri ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Odur ki, həmin publik hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin hüquqi şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-168/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-168/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver