Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-169/2023 17.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1995-ci ildə Qusar rayonu Gündüzqala kəndində anadan olmuş, Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə X2 “Sən gecə paltarında pərisən” və təhqiramiz sözlər demişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN 1789549-268 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, heç kimi təhqir etməmişdir. Özü sosial şəbəkələrdə videolar çəkərək aktyorluqla məşğuldur. Ondan şikayət etmiş şəxs özü Qusar rayon əhalisini təhqir etmişdir. Bundan əvvəl belə bir hal olmamışdır. Təxminən bir ay əvvəl şəhid anası ondan şikayət etmişdir. Lakin ondan edilmiş şikayət həqiqəti əks etdirməmişdir. Sosial şəbəkədə o heç kimi təhqir və ya tənqid etməmişdir. Yanlız axırıncı yayımladığı videoda Luna Gomesin adını hallandırmışdır. 2 gün əvvəl Luna Gomes video paylaşaraq onu təhqir etmişdir. Onun adını çəkəndən sonra video çəkmişdir. Öz yayımladığı videolarda Aygün Sultəliyevanın adını hallandırmamış, çəkməmiş və onu təhqir etməmişdir. O, heç kimi təhqir etməmişdir. Videolarda heç kimin adını çəkməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində işləyir. Şəxs barəsində inzibati xəta haqqında protokol Aygün Sultəliyevanın ərizəsi əsasında tərtib edilmişdir. Şəxs təxminən bir ay əvvəl şəhid anası tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şəxs barəsində araşdırma aparmış şikayət ərizəsində yazılanlar həqiqəti əks etdirmədiyi üçün Şəxs barəsində heç bir tədbir görməmişdir. Daha sonra Aygün Sultəliyeva zəng edərək onu təhqir etdiyini bildirmişdir. Şikayət ərizəsi ilə RPŞ-yə müraciə etməyi təklif etmişdir. Daha sonra Aygün Sultəliyeva şikayət ərizəsi ilə Qusar RPŞ-yə müraciət etmişdir. Şəxs Aygün Sultəliyevanı təhqir edərək “alt paltarında çıxdığını deyərək” təhqir etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində inzibati xəta tərkibi olmasına şübhələr vardır. Həmçinin, protokola əlavə olunmuş Aygün Sultəliyevanın ərizəsində olan halları sübuta yetirilməmişdir. Şəxs ictimai qaydanı pozub-pozmaması isə həmin sənədlərdə öz əksini tapmamışdır. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini-yəni onun qeyd olunan tarixlərdə sosial şəbəkədə Aygün Sultəliyevanın nalayiq formada təhqir etməklə ictimai qaydanı pozmasını sübut edən digər heç bir sənəd və ya sübut isə protokola əlavə olunmamışdır. Bununla da, Şəxs hazırkı inzibati xəta hadisəsini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması barədə əsaslı şübhələr vardır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi hazırkı inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsi, sonuncunun həmin əmələ görə təqsirli olması barəsində əsaslı şübhələr vardır və ona görə də həmin şübhələr Şəxs xeyrinə həll olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və o, hazırkı inzibati xəta hadisəsi barəsində təqsirsiz hesab edilməlidir. Hazırkı iş üzrə görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanı pozulması ilə bağlı hər hansı bir sübut təqdim olunmamış və ictimai qaydanı pozulma halı aşkar olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinin tələbinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda; hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yayımladığı videolarda X1 adını qeyd etməsi halı mövcud olmadığından, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkib əlaməti yoxdur və həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-169/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-169/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver