Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-170/2023 18.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçınov Ramil Elnur oğlunun katibliyi ilə, Zərər çəkmiş şəxslər: X1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qusar rayon kənd sakini X1 evinin eskiz layihə sənədlərini düzəltmək vəd edərək ondan 160 manat pul alaraq aldatmışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Qusar rayonu Urva kənd sakini Zərərçəkmiş şəxs3 evinin eskiz layihə sənədlərini düzəltmək vəd edərək ondan 160 manat pul alaraq aldatmışdır. Bundan başqa Şəxs 2022-ci ilin oktyabr ayında Qusar rayonu Urva kənd sakini Zərərçəkmiş şəxs2 evinin eskiz layihə sənədlərini düzəltmək vəd edərək ondan 335 manat pul alaraq aldatmışdır. Həmin faktlarla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin rəisi, polis polkovniki X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN 1789543/270, MN 1789547/269 və MN 1789546/271 saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, hazırda hər üç hal ilə özünü təqsirli bilmişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxslər ilə barışmışdır. Hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 ərizə təqdim edərək izahatında bildirmişdir ki, Şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək izahatında bildirmişdir ki, Şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək izahatında bildirmişdir ki, Şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0, 53.0.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X2 ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 53, 105.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X2 ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-170/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-170/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver