Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-173/2020 28.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakimi Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Şəxs Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-173/2020 saylı inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsinə dair vəsatətə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon məhkəməsinə Şəxs Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-173/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsinə dair vəsatəti daxil olmuşdur. Qusar rayon məhkəməsinə daxil olmuş vəsatətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2019-cu il tarixdə “AUDİ A4” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin səbəbdən barəsində xx xxxxx 2019-cu il tarixli EQ 975310 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. Həmin protokola əsasən yazılmış cəriməni uzun müddətdir ki, ödəyə bilməmişdir. Bu səbəbdən Qusar rayon məhkəməsinin xx xxxx 2020ci il tarixli, 3(029)-173/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Hal-hazırda EQ 975310 saylı inzibati xəta haqqında protokol üzrə cəriməni dəbbə pulu ilə birlikdə tam şəkildə ödəmişdir. Odur ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-173/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi xahiş olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs vəsatəti təmin edilməli və Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-173/2020 saylı inzibati xəta haqqında qərara xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-173/2020 saylı inzibati xəta haqqında qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli, 28501717 №-li qəbzin sürətindən görünür ki, Şəxs inzibati cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu təşkil edən 32 (otuz iki) manat məbləğində cəriməni dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilib nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlandırılmasına dair Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)- 173/2020 saylı inzibati xəta haqqında qərarına xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-173/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-173/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver