Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-175/2021 09.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1983-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə, saat 13:45 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı, 99UH323/99ZF343 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilən zaman, nəqliyyat vasitəsinin ön panelinin alt hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 9 ədəd “OCB Slim Premium” adlı qara yayma kağızı, qutusu və aksesuarı (USB kabel) ilə birlikdə 3 ədəd “iPhone 12 X1 Blue 128GB” və qutusu və aksessuarları olmayan 1 ədəd “İphone X 64GB” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/160 saylı və xx.xx.2021-ci il tarixli, 6/729, 9/967 saylı ekspert rəylərinə əsasən, tədqiqata təqdim olunmuş mobil telefonlar və yayma kağızlar istifadə üçün yararlıdır və ümumilikdə orta bazar qiyməti təxminən 8513,50 (səkkiz min beş yüz on üç manat əlli qəpik) manat təşkil edir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx xxxx 2021-ci il tarixdə 01400- 0225/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/160 saylı və xx.xx.2021-ci il tarixli, 6/729, 9/967 saylı ekspert rəylərindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş mobil telefonlar və yayma kağızlar istifadə üçün yararlıdır və ümumilikdə orta bazar qiyməti təxminən 8513,50 (səkkiz min beş yüz on üç manat əlli qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 5/160 saylı və xx.xx.2021-ci il tarixli, 6/729, 9/967 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların cəmi dəyəri 241,82 (iki yüz qırx bir manat səksən iki qəpik) manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şəxs barəsində inzibati xatanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Əksinə, həmin şəxsin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilərsə, həmin şəxsin özü və ailəsi əlavə məhrumiyyətlərə düçar ola bilər, həyat şəraitinin daha da ağırlaşmasına səbəb ola bilər və bununla da, inzibati tənbehin məqsədlərinə nail oluna bilməz. Bundan başqa, hesab edirəm ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 8513,50 (səkkiz min beş yüz on üç manat əlli qəpik) manat təşkil edən 9 ədəd “OCB Slim Premium” adlı qara yayma kağızı, qutusu və aksesuarı (USB kabel) ilə birlikdə 3 ədəd “iPhone 12 X1 Blue 128GB” və qutusu və aksessuarları olmayan 1 ədəd “İphone X 64GB” markalı mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 241,82 (iki yüz qırx bir manat qırx iki qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan ümumi dəyəri 8513,50 (səkkiz min beş yüz on üç manat əlli qəpik) manat təşkil edən malların dəyərinin qırx faizi məbləğində -yəni 3405,4 (üç min dörd yüz beş manat qırx qəpik) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 8513,50 (səkkiz min beş yüz on üç manat əlli qəpik) manat təşkil edən 9 ədəd “OCB Slim Premium” adlı qara yayma kağızı, qutusu və aksesuarı (USB kabel) ilə birlikdə 3 ədəd “iPhone 12 X1 Blue 128GB” və qutusu və aksessuarları olmayan 1 ədəd “İphone X 64GB” markalı mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə 241,82 (iki yüz qırx bir manat qırx iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-175/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-175/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver