Məhkəmə qərarları › İş №3(029)-175/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-175/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-175/2023 22.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X4, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx xxxx 1996-cı ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs 13 may 2023-cü il tarixdə saat 00:00 radələrində Qusar rayon X3 Hissəsində sərxoş vəziyyətdə ucadan səs küy salaraq iş rejimini pozmuş və həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 16 may 2023-cü il tarixli MN 1719498-365 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və bildirmişdir ki, 13 may 2023-cü il tarixdə tanışları birlikdə dörd nəfərə 4-5 butulka spirtli içki olan araq içmişlər və həmin gün gecə saatlarında Qusar rayon X3 Hissəsində sərxoş vəziyyətdə ucadan səs küy salaraq iş rejimini pozmuş, həmin vaxt o, özündə olmamış, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. İş materiallarında olan 13 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:20-də inzibati qaydada tutulmuş, həmin tarixdə saat 11:30-da azad olunmuşdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 02353 olan xx.xx.2023-cü il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 23:54-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.402 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin normaya görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Şəxs 13 may 2023-cü ildə saat 00:20 radələrində saxlanılaraq həmin tarixdə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş, 13 may 2023-cü il tarixdə saat 11:30-da isə tutulmadan azad olunmuşdur. İşin bu halarını nəzərə alaraq inzibati qaydada tutulma müddəti inzibati həbs müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Şəxs 13 may 2023-cü il tarixdən 01 gün inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətindən çıxılmaqla o, qəti olaraq 7 (yeddi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 22 may 2023-cü il tarixdən saat 12:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar