Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-178/2025 12.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Qusar rayonu, Avaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu, Avaran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:15-də Qusar şəhəri, İstiqlal küçəsində motodəbilqə olmadan, etibarnamə olmadan, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə dövlət qeydiyyat nişansız, “DNEPR” markalı motosikleti idarə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin YPX baş inspektor polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1; 339.1; 329.2; 332.1-ci maddələri ilə İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda özünün təqsirli bilmiş, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə qanunsuz əməllərə yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan 03067 nömrəli, xx.xx.2025-ci il tarixli Sərxoşlq vəziyyətinin müəyyən edilməsi qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:07-də alkoqolun miqdarı 1.155% promille olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası, Qusar rayonu “VAZ” kooperativinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “DNEPR” markalı motosikletlər 1958-ci ildən 2012-ci ilə kimi K-750, MT-12 C markaları adı altında buraxılmış və mühərrikin həcmi 750 kubdur. Məhkəmə iş materiallarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və ərizəsini tədqiq edərək hesab edir ki, Şəxs həmin hərəkətləri düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.1; 339.1; 329.2; 332.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 329.2-ci maddəsinə Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -qırx manat məbləğində cərimə edilir. 332.1.Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 334.1.Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 339.1.Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1; 339.1; 329.2; 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Onun əməlindən səmimi peşmançılığını, məhkəmə iclasında davranışını, yaşını nəzərə alaraq inzibati cərimə növündə inzibati tənbeh X1 islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsi ilə 40 manat, 332.1-ci maddəsi ilə 40 manat, 339.1-ci maddəsi ilə 50 manat, 334.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-178/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-178/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver