Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-180/2021 07.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1986-cı ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 3(029)-244/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən xx xxxxx 2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs Qusar rayon məhkəməsinin 3(029)- 244/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edildiyi göstərilsə də, onun İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan xətanı nə vaxt törətməsi və törətdiyi inzibati xətanın onun hansı hərəkətlərində ifadə olunması, onun cərimə növündə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını hansı tarixədək icra etməli olduğu və inzibati xətanın Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən nə vaxt aşkar olunduğu göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1, 100.1.4, 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Göründüyü kimi inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXMnin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş və işə baxılarkən həmin protokola baxıb tamamlamaq mümkün deyildir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığından, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(029)-180/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-180/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver