Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-180/2025 11.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 X1 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə tənbehi tədbiq edilmişdir. X7 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, o, Qusar rayonu, Avaran kəndi ərazisində bələdiyyə mülkiyyəinə aid torpaq sahəsində göyrüş cinsinə aid bioloji inkişafda olan 4 (dörd ədəd) ağacı qanunsuz kəsərək məhv etmişdir. Qusar rayon X8 və mülkiyyə hüququnun qeydiyyat idarəsinin xx.xx.2001-ci il tarixli 337 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Qusar rayon, Avaran kəndində yerləşənümumi sahəsi 25000 kvadrat metrdən ibarət olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 66.0 kvadrat metr olan iki mərtəbəli ev onun adına qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair KOD 30103018 JN- 048F saylı şəhadətnaməyə əsasən Qusar rayon Aqrar İslahat komissiyasının xx.xx.1997ci il tarixli, 17/2 saylı qərarına əsasən Qusar rayonu, Avaran kəndində yaşayan X3, X6 və X9 mülkiyyətində 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, kəsilən ağacların ona məxsus torpaq sahəsində mövcud olması faktının nəzərə alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 məhkəmə iclasında izahatında şikayət ərizəsini müdafiə etdiyini bildirərək ərizədə göstərilən halların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Qusar rayonu, Avaran kəndində yerləşən, 4 (dörd) ədəd göyrüş cinsinə aid ağacların yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu, lakin həmin mülkiyyət hüququnun təsdiq edən sənədlərin məhkəməyə təqdim edə bilməyəcəyini, ağacları kəsməmişdən qabaq müvafiq dövlət qurumlarına müraciət etdiyini, lakin müraciəti rəsmi etmədiyi üçün müraciət etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında şikayət ərizəsində göstərilən hallarla razı olmadığını bildirmişdir. Həmin ağacların yerləşdiyi torpaq sahəsinin X3 mülkiyyətində deyil, Qusar rayonu, Köhnə Xudat bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmiş və belə olduğu təqdirdə şikayətçinin şikayətinin əsassız olduğunu, protokolun və protokol əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının tam qanuni olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 rayonu, Avaran kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində xx.xx.2025-ci il tarixdə göyrüş cinsinə aid köküstə yaş, bioloji inkişafda olan 4 ədəd ağacı kök-boğaz nahiyəsindən qanunsuz kəsərək məhv etmişdir. İş materiallarında olan X5 məxsus izahatdan görünür ki, şikayətçi ağacları kəsən zamana qədər həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəndə olduğunu bilməmişdir. Sonradan barəsində protokol tərtib olunan zaman həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu ona məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Qusar rayonu, Köhnə Xudat bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, Avaran kənd sakini X7 tərəfindən kəsilmiş 4 (dörd) ədəd göyrüş cinsinə aid ağacların yerləşdiyi torpaq sahəsi Qusar rayon Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə yuxarıda göstərilən halları, iş materiallarını və məhkəmə icraatı zamanı verilən izahatları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, X3 şikayət ərizəsi təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayətin təmin edilməsi məqsədilə məhkəməyə heç bir sübut təqdim etməmiş, şikayət ərizəsində göstərilən halları sübuta yetirəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Şikayət ərizəsində kəsilən ağacların yerləşdiyi torpaq sahəsinin öz mülkiyyətində olduğunu bildirsə də, mülkiyyət hüququnu təsdiq edəcək sənədi şikayət ərizəsinə əlavə etməmiş, həmçinin məhkəmə iclasları zamanı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət ərizəsi əsassızdır və inzibati məsuliyyətdən yayınmaq məqsədilə əsaslandırma olmadan, hər hansı sübut təqdim etmədən, özünü müdafiə xarakterli ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin qeyd hissəsində göstərilir ki, Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Məhkəmə araşdırması zamanı Qusarr rayonu, Avaran kəndində yerləşən, X7 tərəfindən kəsilən 4 ağacın yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət deyil bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə yxaurıda göstərilən halları məcmu halda qiymətləndirərək belə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-180/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-180/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver