Məhkəmə qərarları › İş №3(029)-181/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-181/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-181/2021 08.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1983-cü ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2020-ci ilin aprel ayında X1 Respublikası Mahaçqala şəhərindən əldə edib gətirdiyi çətənə toxumlarını yaşadığı Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etmiş-yəni əkmiş, becərmiş və aqrotexniki qulluq etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, ********* saylı cinayət işi üzrə xx xxxx 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinə başlanılmaması və onun Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittihamın və barəsində Qusar rayon məhkəməsi tərəfindən seçilmiş 04 ay müddətinə “həbs” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan başqa, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 30,127 qram marixuana və 01 ədəd 0.310 qram çəkidə çətənə bitkisi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Qusar RPŞ-nin xidmət üzrə baş inspektoru polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN 1004184-343 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 30,127 qram çəkidə marixuana və 01 ədəd 0.310 qram çəkidə çətənə bitkisi yuxarıda göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmışdır və həmin cinayət işinə baxılarkən maddi sübut barədə qərar qəbul ediləcəkdir. Bu səbəbdən də, hazırkı iş üzrə həmin maddi sübutla bağlı hər hansı qərar qəbul edilməsinə ehtiyac yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130, 156-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar