Məhkəmə qərarları › İş №3(029)-184/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-184/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-184/2025 15.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1981-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortsa təhsilli, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Qusar rayon X2 Zaur Firuz barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Qusar rayon Məhkəməsinə daxil olmuşdur. Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-184/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs həmin qərardan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(105)-445/2025 saylı qərarı ilə Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)- 184/2025 saylı qərarı, bununla əlaqədar Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-184/2025 saylı qərardadı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokola yenidən hazırlıq mərhələsində baxılması üçün material Qusar rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “QAZ 33021 YÜK” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26049081 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 50 manat cərimə olunmuşdur. Lakin Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Bu hərəkətinə görə xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən: 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından düzgün tərtib edilmədiyindən sənədlər onu tərtib etmiş olan Qusar RPŞ DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1 geri qaytarılmalıdır Belə ki, iş materaillarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin DYP WEB Portalından əldə edilmiş xx.xx.2025-ci il tarixində, saat 09:34:16 radələrində EP2711376 nömrəli kamera vasitəsi ilə çəkilmiş fotoda “Mercedes” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlıavtomaşın təsvir edilsə də, fotoşəkilin aşağısında qeydiyyat nömrəsi ** KF *** olan, ”QAZ 33021 YÜK” markalı avtomaşın yazılmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, protokol ilə ona əlavə olunmuş sənədlər arasında ziddiyyətli məqamlar mövcud olduğundan hazırki material həmin məqamların aradan qaldırılması məqsədi ilə geri qaytarılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Qusar RPŞ-nin inzibati işlər üzrə baş inspektor polis mayoru X1 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar