Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-185/2023 07.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1986-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Qusar şəhəri H.Əliyev prospektində “VAZ-21099” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı sənədləri təqdim etməmişdir. Həmin faktla bağlı Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstəmişdir ki, o, 5-6 gündür ki, taksi fəaliyyəti ilə məşğul olur. Onun taksi fəaliyyəti ilə məşğul olmasını ilə əlaqədar sənədləri, lisenziyası yoxdur. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, hazırda vergi ödəmir. Onun fərqlənmə nişanı yoxdur. Qısa müddət ərzində sənədlərini qaydasına salacaqdır. Hal-hazırda əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda olan xüsusatları təsdiq edərək bilmiş, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Qusar şəhəri H.Əliyev prospektində “VAZ-21099” markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı sənədləri təqdim etməmişdir. Dəfələrlə sürücüyə məlumat vermiş, sənədləri qaydasına salmamışdır. Odur ki, Şəxs barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-93/2-10337/2023 saylı məktubun surətindən görünür ki, “LADA” markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 11:10 radələrində Qusar şəhəri H.Əliyev prospektində ““LADA” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti həyata keçirən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat miqdarda cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-185/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-185/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver