Məhkəmə qərarları › İş №3(029)-186/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-186/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-186/2024 02.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22715392 saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandımışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 11:19-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində ona məxsus “KİA SORENTO MİNİK” markalı, **- HQ-*** dövlət nömrə nişanlı avotombili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xəttinin tələblərinin pozulmasını bildirərək ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilərək 100 AZN məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 22715392 saylı qərarında göstərilmişdir ki, ona məxsus **-HQ-*** dövlət nömrə nişanlı avotombil ilə xx.xx.2024-cü il tarixdə, saat 11:19-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xəttinin tələblərinin pozmuş və nəticədə elektron protokol 48 saat keçdikdən sonra tərtib edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən protokolun tərtib olunma müddəti 48 saat təyin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22715392 saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsini xahiş etmişdir. X1 və Azərbaycan Respublikası DİN-nin BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, protokolu tərtib edən oqran məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Həmçinin mübahisə məsələsi olan protokolun tərtib edilmə vaxtı onu tərtib etmiş orqan tərəfindən həqiqətdə nə zaman tərtib olunduğu sübuta yetirilmədiyi üçün şübhəli hallar yaranmış və həmin şübhəli halların məhkəmə araşdırması zamanı aradan qaldırıması mümkün olmamışdır. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Yuxarıda göstərilən maddələrdən göründüyü kimi inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərha sonra tərtib edilir. Hazırki iş üzrə isə inzibati xətanın törədildiyi vaxt müəyyən edilsədə protokolun nə vaxt tərtib edildiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin protokolu tərtib etmiş orqan səlahiyyətli nümayəndəsinin vasitəsi ilə bu halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri, qərarından şikayət verilmiş orqanın məhkəmənin sorğularını cavablandırmamasını, məhkəmə iclasında qərarını müdafiə edəcək nümayəndəsinin iştirakını təmin etməməsini, həmçinin inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, X2 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 22715392 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22715392 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar