Məhkəmə qərarları › İş №3(029)-187/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-187/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-187/2022 06.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1987-ci ildə Qusar rayonu Kuf-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 04 may 2022-ci il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə Samur-Yalama yolunun 12-ci kilometrliyində Qusar rayon Şirvanlı kəndi ərazisində idarə edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan Mitsubishi Pajero ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə arxadan toqquşmuş və nəticədə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs MMC-nə maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə İXP ******* saylı 06 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, 04 may 2022-ci il tarixdə saat 16:00 radələrində Qusar rayonu Şirvanlı kəndi ərazisində etibarnamə əsasında ona məxsus olan VAZ-2106 markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və qarşısında eyni istiqamətdə hərəkətdə olan Mitsubishi Pajero markalı avtomobillə toqquşmuşdur. Törətdiyi əməlindın peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 12.11.2014-cü il tarixli AC N 287857 saylı “nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-2106 markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİİ-228389 saylı 26 fevral 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, VAZ-2106 markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 tərəfindən 30.07.2022-ci il tarixədək Şəxs idarəçiliyinə verilmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli AE N 130735 saylı “nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, Mitsubishi Pajero minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli 28211/21 saylı etibarnamənin surətindən görünür ki, Mitsubishi Pajero minik markalı ** PV ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs MMC tərəfindən 1 (bir) il müddətinə Nümayəndə idarəçiliyinə verilmişdir. İş materiallarında olan Qusar rayonu «VAZ» kooperativi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli aktın surətindən görünür ki, Mitsubishi Pajero minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş zərərin məbləği cəmi 200 (iki yüz) manat təşkil edir. İş materiallarında olan 04.05.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 04709 olan alkotesterdən Çəxarışdan görünür ki, həmin tarixdə saat 17:21-də Şəxs qanında alkoqolun konsentrasiyası 1.540 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXMnin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə, o cümlədən onun özünü izahatı ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən də həmin şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə əsas inzibati tənbehin, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nə dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nə dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar