Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-187/2024 22.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə xx.xx.1971-ci ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq idarəsinin 2-ci şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində araşdırması aparılmış 3-33/1-027517/2024 nömrəli material üzrə 16 iyul 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-027517/2024 nömrəli material üzrə 16 iyul 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2024-cü ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində olduğu zaman oradan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 545 manat dəyərində 9 ədəd 1 litrlik “Русский стандарт”, 1 ədəd 0,7 litrlik “Summum” və 2 ədəd 0,5 litrlik “Чавыча” markalı araqları idarə etdiyi idarə etdiyi “DAF XF 105” markalı 99RK292/99ZF292 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı kabinənin sağ tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə və yataq yerinin alt hissəsində, həmçinin qoşqunun sağ və sol tərəflərində tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə yerləşdirməklə 6 may 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Faktla bağlı Xaçmaz Gömrük Komitəsi, Əməliyyat-İstintaq Baş İdarəsinin, Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə 29 iyul 2024-cü il tarixli, № 10000-00059/24 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli 3-16-16/2-6/2695-9/3732 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş araqlar orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə cavab verir və həmin predmetlərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 545,00 manat müəyyən edilir. Həmçinin sözügedən ekspert rəyində qeyd olunmuşdur ki, 1 ədəd 1 litrlik “Русский стандарт”, 1 ədəd 0,7 litrlik “Summum” və 1 ədəd 0,5 litrlik “Чавыча” markalı araq ekspertiza tədqiqatına sərf olunmuşdur. İş üzrə materiallarda olan “malların anbara qəbul edilməsi haqqında” 96S/2024 nömrəli xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış spirtli içkilər araşdırma müddətində saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs az miqdarda, yəni ümumilikdə 545 manat dəyərində 9 ədəd 1 litrlik “Русский стандарт”, 1 ədəd 0,7 litrlik “Summum” və 2 ədəd 0,5 litrlik “Чавыча” markalı araqları gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyədək icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan predmetlərdən ekspertizayaya təqdim olunmuş 1 ədəd 1 litrlik “Русский стандарт”, 1 ədəd 0,7 litrlik “Summum” və 1 ədəd 0,5 litrlik “Чавыча” markalı araq ekspertiza tədqiqatına sərf olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tədqiqatdan sonra qalıq qalmış araqlar müsadirə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 65 (altmış beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 9 ədəd 1 litrlik “Русский стандарт”, 1 ədəd 0,7 litrlik “Summum” və 2 ədəd 0,5 litrlik “Чавыча” markalı araqlardan ekspertiza tədqiqatından sonra qalıq qalan araqlar müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 65 (altmış beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-187/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-187/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver