Məhkəmə qərarları › İş №3(029)-189/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-189/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-189/2025 31.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26104970 saylı qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsinə dair şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26104970 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandımışdır ki, o, onun idarəçiliyində atası Eldəniz Tahirovun mülkiyyətində olan “X6” markalı ** BG *** dövlət qeydiyyatı nişanlı avtomobil vardır. xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə Xaçmaz rayonu, Xudat şəhərində yaşadığı Qusar şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Quba-Rusiya yolunun 191-ci kilometrliyində, Qusar rayonu ərazisində qarşısından gələn yol patrul xidməti avtomobilinin üzərində olan səyyar texniki cihaz onun 82 km/saat sürətlə hərəkətdə olduğunu aşkar etmiş,həmin yolda sürət həddinin 60 km/saat olması, bununla da yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat həddində aşmağı əsası ilə barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə EQ 26104970 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar tərtib olunaraq o 50 manat məbləğində cərimə edilmişdir. Sonradan o, həmin qərardan Qusar rayon Məhkəməsinə şikayət vermiş və Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(029)-74/2025 saylı qərarı ilə şikayəti təmin edilərək qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilmişdir. Araşdırma nəticəsində yenidən xx.xx.2025-ci il tarixli, EQ 26104970 saylı qərarla 50 manat miqdarında cərimə edilmişdir. Bildirir ki, onun hərəkət etdiyi yolda sürət həddi 60 km/saat deyil, 90 km/saat olmuş, o həmin yol nişanının təsiri altında hərəkət etmiş və yol nişanını gördükdən sonra hərəkət surətini 82 km/saat həddinə qaldırmışdır. Bununla da o, yolda müəyyən edilmiş sürət həddini aşmamış, hər hansı yol hərəkəti qaydasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutan inzibati xətanı törətmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmadığından onun barəsində tərtib edilmiş EQ 26104970 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar qanunsuzdur və buna görə də həmin qərar ləğv edilməli və həmin qərar üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin iştirakının təmin edilməməsi barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Azərbaycan Respublikası DİN-nin BDYPİnin xx.xx.2025-ci il tarixli EQ 26104970 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə tərəfindən həmin qərarın verilməsi üçün zəruri olan sübutların məhkəməyə təqdim edilməsi yönündə dəfələrlə sorğular ünvanlanmasına baxmayaraq Azərbaycan Respublikası DİN BDYPİ həmin sübutların məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, protokolu tərtib edən oqran məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Həmçinin hazırki iş üzrə sübutetmə öhdəliyi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin üzərinə düşdüyündən və Azərbaycan Respublikası DİN-nin BDYPİ sübutetmə vəzifəsini yerinə yetirmədiyin məhkəmə hazırki iş üzrə mübahisələndirilmiş qərarı onu qəbul etmiş orqan tərəfindən sübut edilmədiyini əsas götürərək həmin qərarın və onun doğurduğu nəticələrin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.2 maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 328.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri, qərarından şikayət verilmiş orqanın məhkəmənin sorğularını cavablandırılmamasını, məhkəmə iclasında qərarını müdafiə edəcək nümayəndəsinin iştirakını təmin etməməsini, həmçinin inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, X2 şikayəti təmin edilməlidir və onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26104970 saylı qərarı ləğv edilməli və həmin qərar əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 26104970 saylı qərarı ləğv edilsin və həmin qərar əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar